Redaktor
Risklərlə bağlı fermerlərə SMS bildirişlər göndərilir - Rəqəmsal yenilik
İqlim stansiyaları bitkilərin inkişaf prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, buna uyğun olaraq sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən müasir innovativ sistemdir.
Valyuta.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi bu barədə açıqlama yayıb.
Açıqlamada bildirilir ki, qeyd olunan sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayır və nazirlik əməkdaşları tərəfindən analiz olunur.
Fermerlər bitki xəstəlik və zərərvericilərinə qarşı işlərini bu məlumatları nəzərə almaqla planlaşdırırlar. Nəticədə xəstəlik və zərərvericilərə qarşı mübarizənin effektivliyi artır, məhsul istehsalı çoxalır, fermerlər xərclərini optimallaşdıra bilirlər.
Bu sistem sayəsində son illərdə qlobal problemə çevrilmiş su çatışmazlığı riski də müəyyən qədər aradan qalxmış olur. Fermerlər bu metod sayəsində harada və nə qədər su istifadə etməli olduqlarını bilir və israfa yol vermirlər.
Artıq Azərbaycanda iqlim stansiyalarından alınan məlumatların fermerlərə ötürülməsi ilə əlaqədar ilk pilot layihə uğurla həyata keçirilir. Pilot layihə ilk dəfə Quba, Qusar, Xaçmaz və Şamaxı rayonlarında tətbiq olunub. Bu rayonlarda 60-a yaxın kəndi əhatə edən 5 stansiya fəaliyyətə başlayıb. İlkin mərhələdə hədəf bitkilər olaraq alma, gilas, nektarin, şaftalı və üzüm bitkiləri müəyyən olunub.
Mart ayında iqlim stansiyalarının əhatə dairəsində olan kəndlərdə alma, gilas, nektarin və şaftalı sahələri üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin bazasında qeydiyyatda olan 5800-dən atıq fermerə baş verə biləcək risklər barədə SMS bildirişlər göndərilib. Eyni zamanda, risk məlumatlarının daha ətraflı və çevik ötürülməsi məqsədilə “Rəqəmsal Kənd Təsərrüfatı” adlı Telegram kanalı (//t.me/ktnsmart) yaradılıb və fermerlərin bu kanala cəlb edilməsi üçün mütəmadi işlər aparılır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025