Redaktor
“Restoran var ki, ildə 1 dəfə dəvə əti alır, həmişə dəvə qutabı satır”-25 ildir dəvə təsərrüfatı ilə məşğul olan Maştağa sakini
“25 ildir ki, dəvə təsərrüfatı ilə məşğulam. Maştağada dəvə təsərrüfatım var. Dəvələrim çox idi, hazırda onların sayı 15-dir. Rayonda da 5 dəvəm var. Ümumi 20 dəvəm var. Seçim edirəm, bəzilərini saxlayıb, bəzilərini kəsirəm. Bir neçəsi də doğacaq. Ağ dəvələr yalnız bizim təsərrüfatdadır. Kəsmək üçün çox vaxt rayondan gətirirəm. Dəvə əti dana ətindən fərqlənmir. İribuynuzlu heyvanların əti bir-birinə oxşayır”
Bunu Moderator.az-a açıqlamasında dəvə təsərrüfatı ilə məşğul olan Maştağa kənd sakini Firdovsi Axundov deyib. O restoranlarda müştərilərə təqdim olunan dəvə qutabından da danışıb.
“Bəzən dəvə qutabı adı ilə qutab satırlar. Bizdən dəvə əti alıb aparanlar olur. Restoran var ki, ildə bir dəfə dəvə əti alıb aparır, amma ilin bütün fəsillərində dəvə qutabı satır. Bu artıq onun insafına, vidanına, ədalətinə qalıb. Salyanın Xıdırlı kəndində dövlət təsərrüfatı var. Sabirabadda, Kürdəmirdə də tək-tük dəvə saxlayırlar. Lazım olanda, satışa çıxaranda mənə xəbər edirlər. Şəhərdə bizim maştağalıların bir restoranı var, bilirəm ki, təmiz dəvə əti verir” deyə təsərrüfat sahibi deyib.
Firdovsi Axundova deyib ki, dəvə əti hər dəfə olmur.

“Dəvənin südü xeyirlidir. Çox vaxt xərçəng xəstələri südünü alıb içir. Hər dəfə də tapılmır. İnsan tanıyıram ki, dəvə südü ilə xərçəng xəstəliyi az da olsa sağalıb. Dəvəni 3 yaşında kəsirik. Adətən nəzir deyəndə kəsilir. İnsan var ki, övladı olmur, nəzir edir. Övladı dünyaya gələndən sonra dəvə kəsdirir. Bəzən də sifarişlər əsasında dəvə kəsirik. Təbii ki, Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında kəsim baş tutur. Sümüksüz dəvə əti 18-20 manat civarında olur. Baha olması az kəsilməsi ilə bağlıdır. Yanvar-fevral aylarında dəvə kəsmək problemdir. Çünki cütləşmə vaxtıdır, ərkək dəvələr aqressiv olur, həm də ətlərindən qoxu gəlir. Dişi dəvələr də bu ayda doğumu ilə bağlı kəsilmir” deyə Firdovsi Axundov deyib.
Firdovsi Axundov bildirib ki, dəvələr insan zəkasına yaxın heyvanlardır.

“İnsanın bəzi xüsusiyyətləri dəvədə var. İnanmıram ki, başqa heyvanlar dəvələr kimi olsun. Dəvə insan qədər yaşayır. Necə ki, uşaq doğulanda ona 2 il süd verirlər, dəvə balası da 2 il süd içir. Ona görə də ananı baladan ən azı 2 il ayırmırıq. Çox qısqanc heyvandır. Dəhşətli dərəcədə. Ərkək dəvə cütləşmə dövründə hansısa heyvan yaxud insana rast gələrsə onu öldürər. Dəvələr yay-qış açıq havada qalır. İstidə də, qarda da. Dəvə xəstələnmir. Xəstələndisə ölür. Dəvənin xəstələnib sağalmasını görməmişəm. Bəzən özlərinə qapanırlar. Ərkək dəvə dişi dəvədən yetəri qədər sevgi görməyəndə onu ürəyinə salır, yemək yemir və arıqlayır. Özüm şahidi olmuşam. Bir də insanlara oxşar ən özəl xüsusiyyətləri odur ki, cavan dəvələr bir yerdə gəzir, qoca dəvələr bir yerdə. İnsanlar kimi, ayrı-ayrı. Çox maraqlı heyvanlardır” deyə Firdovsi Axundov bildirib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025