Redaktor
"OpenAI"ın rəhbərindən bank fırıldaqları ilə bağlı XƏBƏRDARLIQ
Bank fırıldaqçılarının süni intellektdən (Al) istifadə edərək insanların səsini və simasını təqlid etməklə bank hesablarına və şəxsi məlumatlara çıxış əldə etməsi artıq reallığa çevrilmək üzrədir.
Valyuta.az xəbər verir ki, bu barədə "OpenAI" şirkətinin baş direktoru Sem Altman ABŞ Federal Ehtiyat Sisteminin sədr müavini Mişel Boumanla söhbəti zamanı danışıb.
Altman yaxınlaşmaqda olan və fırıldaqçıların süni intellektə çıxışı ilə bağlı böhran barədə xəbərdarlıq edib. O bildirib ki, bank sektoru müştəriləri qorumaq üçün təhlükəsizlik tədbirlərini inkişaf etdirməlidir.
"Məni ən çox narahat edən odur ki, bəzi maliyyə qurumları hələ də səs nümunəsinə əsaslanan autentifikasiyanı iri məbləğdə vəsaitlərin köçürülməsi və digər əməliyyatlar üçün qəbul edir. Yəni siz sadəcə müəyyən cümləni deyirsiniz və istədiyiniz əməliyyat yerinə yetirilir. Hazırda bu, telefon zəngi ilə baş verir, amma yaxın zamanda bu, reallıqdan fərqlənməyən video və ya "FaceTime" vasitəsilə ediləcək", deyə Altman bildirib.
Onun sözlərinə görə, süni intellekt insanların istifadə etdiyi autentifikasiya üsullarının əksəriyyətini artıq təsirsiz hala gətirib. Hal-hazırda yalnız parollar müəyyən dərəcədə müdafiə təmin edir.
Məqalədə qeyd olunur ki, Al sahəsində baş verən texnoloji sıçrayış nəticəsində bir şəxsin səsini və üzünü təqlid etmək heç vaxt bu qədər asan olmayıb.
Artıq ilk halların qeydə alındığı bildirilir. Belə ki, fırıldaqçılar Al vasitəsilə qurbanların səsini təqlid edərək onlardan pul tələb edib, hətta şirkət əməkdaşlarını aldadaraq korporativ vəsaitlərin nağdlaşdırılmasına nail olmuşdular.
Bundan başqa, ötən il ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) süni intellektin köməyi ilə həyata keçirilən mürəkkəb fişinq, sosial mühəndislik hücumları və səs/video klonlaşdırması ilə bağlı artan təhdid barədə xəbərdarlıq etmişdi.
Müəlliflər bildirir ki, yaxın keçmişdə Donald Tramp administrasiyasının nümayəndələri də oxşar halın baş verdiyini etiraf etmişdilər. Belə ki, fırıldaqçı Al-dan istifadə edərək özünü ABŞ dövlət katibi Marko Rubio kimi təqdim edib və üç naziri, bir ABŞ qubernatoru və bir konqres üzvü ilə əlaqə qurmağa cəhd göstərib. Məqsəd isə informasiya və ya hesablara çıxış əldə etmək olub.
Məqalədə qeyd edilir: "Başqa sözlə, bu kimi fırıldaqçılıq halları artıq reallaşır və bank hesablarına girişi hədəfləyən eyni taktikanın geniş yayılması sadəcə zaman məsələsidir – əgər bu, artıq baş verməyibsə".
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025