Redaktor
"Meta" və "Microsoft" CEO-larından iddialı süni intellekt açıqlamaları
"Meta Platforms Inc." şirkətinin təsisçisi və baş icraçı direktoru Mark Zukerberq şirkətinin süni intellekt strategiyasına inamını ifadə edərək, 2025-ci ilin "Meta"nın süni intellekt assistentinin sənayedə ən geniş istifadə edilən versiya halına gələcəyini, "həqiqətən böyük bir il" olacağını proqnozlaşdırıb.
Valyuta.Az xəbər verir ki, dünən şirkətin IV rüb maliyyə hesabatının açıqlanmasından sonra investorlarla görüşündə Zukerberq bildirib: "Süni intellekt sahəsində, son dərəcə ağıllı və fərdiləşdirilmiş bir süni intellekt assistentinin 1 milyarddan çox insana çatdığı bir il olmasını gözləyirəm. Və "Meta AI"nin bu lider süni intellekt assistenti olmasını ümid edirəm".
Zukerberq investorları əmin edib ki, "Meta" süni intellekt infrastrukturu üçün yüz milyardlarla dollar xərcləyəcək, bazar liderliyini təmin etmək üçün rəqibləri tərəfindən təqdim olunan ən yaxşı texnologiyanı təqlid edəcək və təkmilləşdirəcək.
Digər tərəfdən, "Microsoft Corp."un baş icraçı direktoru Satya Nadella, bu həftənin əvvəlində şirkətinin səhmlərinə təsir edən çinli süni intellekt startapı "DeepSeek" haqqında müsbət fikirlər səsləndirib. Dünən "Microsoft"un maliyyə hesabatının açıqlanmasının ardından investorlarla görüşdə Nadella bildirib: ""DeepSeek" bəzi real yeniliklərə imza atdı. Aydındır ki, indi bunların hamısı kommersiyalaşacaq və geniş miqyasda istifadə ediləcək".
Investorların "DeepSeek"i misal gətirərək "Microsoft"un süni intellekt sahəsinə bu qədər yüksək məbləğlərdə investisiya qoymasının zəruri olub-olmadığını soruşmasına cavab olaraq Nadella, məhz bunun edildiyini vurğulayıb.
Bu arada, məsələyə yaxın mənbələrin məlumatına görə, "SoftBank Group Corp." "OpenAI"yə 15-25 milyard dollar arasında investisiya qoymaq üçün danışıqlar aparır.
Bu investisiya, "SoftBank"ın "OpenAI" ilə birlikdə məlumat mərkəzləri və süni intellekt infrastrukturu yaratmaq üçün Tramp administrasiyası dövründə planlaşdırılan "Project Stargate" adlı ortaq təşəbbüsə 15 milyard dollarlıq maliyyə öhdəliyinə əlavə olaraq ediləcək. Bununla belə, mənbələr qeyd edirlər ki, danışıqlar hələ erkən mərhələdədir və investisiyanın reallaşması hələlik dəqiq deyil.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025