"Atlant" istirahət mərkəzi satılıb zərərçəkənlərə ödəniləcək?- Məhkəmə

Redaktor

22.05.2025 17:51
391

"Atlant" istirahət mərkəzi satılıb zərərçəkənlərə ödəniləcək?- Məhkəmə

Dələduzluq və digər cinayət əməllərində təqsirləndirilənlər "Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Valyuta.az Unikal-a istinadən xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfləri cavabdeh olan MTK-nın balansında olan bütün daşınmaz əmlakların siyahıya alınaraq üzərilərinə həbs qoyulması ilə bağlı vəsatət təqdim ediblər.

Prosesdə iştirak edən zərərçəkənlər də vəsatəti müdafiə edərək məhkəmədən onun təmin olunmasını, cinayət yolu ilə əldə edilmiş əmlakların satılaraq dəymiş zərərlərin ödənilməsinə yönləndirilməsini istəyiblər.

Hazırda əsas mübahisə predmeti isə "Atlant" istirahət mərkəzinin rəhbəri Tahir Qədəşovun baş verənlərə görə cavabdeh olduğu məsuliyyətdən kənarda qalmasıdır.

Vəkillər və müdafiəçilərin əsas tələbi "Atlant" istirahət mərkəzinə qoyulmuş həbsin götürülərək satılıb zərərçəkənlərə ödənilməsidir.

Prosesdə eyni mənzilin satıldığı iki zərərçəkən ifadə verərək bildiriblər ki, müqavilələrdən biri 2018-ci il, digəri isə 2019-cu ildə bağlanılıb. Təqsirləndirilən Nofəl Hacıyev isə eyni mənzilin hər iki sahibini tanımadığını deyib.

Sərbəst ifadə verən şahidlərdən biri "Təbriz" MTK-nı mişar daşı ilə təmin edən daş karxanasının sahibi olub. İfadəsi zamanı Tahir Qədəşovla qonşu olduğunu, kürəkəni Nofəl Hacıyevi də onun işlərini həyata keçirən şəxs kimi tanıdığını deyib:

"Məndən 50 min ədəddən artıq mişar daşı alıblar. Həmin daşlar bildiyim qədərilə həm digər obyektlər, həm də "Atlant" istirahət mərkəzindəki tikinti işləri üçün aparılırdı".

İstintaq materiallarında yazılıb ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Tərbiz” MTK-nın Nərimanov rayonu ərazisindəki tikilmiş binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə 172 vətəndaşın 14 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirilib.

Xatırladaq ki, Nofəl Hacıyev “Atlant” istirahət mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırıb.

Onu da qeyd edək ki, məhkəmə istintaqı ilə əlaqədər "Təbriz" MTK-nın Nərimanov rayonu ərazisində sözügedən yaşayış binası və Nabran qəsəbəsində, dəniz sahilində yerləşən "Atlant" istirahət mərkəzinə həbs qoyulub.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...