"Asan İmza" necə əldə edilir?

Redaktor

25.03.2025 14:17
206

"Asan İmza" necə əldə edilir?

Rəqəmsal dövrün tələblərinə uyğun olaraq, bir çox sənəd və əməliyyatlar artıq elektron qaydada həyata keçirilir. Elektron imza sistemlərindən biri olan "Asan İmza", dövlət və özəl qurumlarla rəqəmsal əməliyyatları sürətləndirmək, sənədləri elektron şəkildə imzalamaq və təhlükəsiz identifikasiya təmin etmək üçün geniş istifadə olunur. 

Valyuta.az "Asan İmza" əldə etmə qaydasını təqdim edir:

Vətəndaşların "Asan İmza" əldə etməsi üçün ilk olaraq hər hansı bir mobil operatorun (Azercell, Bakcell, Nar) müştəri xidmətləri mərkəzinə müraciət edərək "Asan İmza" SIM kartını əldə etmələri tələb olunur.

Bundan sonra həmin şəxs Dövlət Vergi Xidmətinin "Asan Sertifikat Xidmətləri Mərkəzi"nə müraciət etməlidir. Müraciət zamanı aşağıdakı sənədlər təqdim edilməlidir:

1.Şəxsiyyət vəsiqəsi (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müvafiq sənədlər)

2.Mobil operator tərəfindən verilmiş "Asan İmza" SIM kartı və onun müqaviləsi

3.Fərdi sahibkarlar üçün VÖEN

4.Hüquqi şəxslər üçün möhür.

Təqdim olunan sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra vətəndaşla "Asan Sertifikat Xidmətləri Mərkəzi" arasında yazılı müqavilə bağlanır. Sertifikat təsdiqləndikdən sonra vətəndaşa həm kağız, həm də elektron formada təqdim edilir.

Qeyd edək ki, "Asan İmza" sertifikatlarının etibarlılıq müddəti 3 ildir. Müddət bitdikdə, istifadəçilər sertifikatlarını onlayn qaydada yeniləyə bilərlər.

Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...