Redaktor
"Aldrin layihəsi": "Meta" hamımızın məlumatlarını Çinləmi paylaşır?
ABŞ Senatında "Facebook" barədə sualları cavablandıran keçmiş rəhbər şəxsin açıqlamaları sosial media nəhəngi "Meta" ilə bağlı ciddi iddiaları gündəmə gətirib.
Valyuta.az xəbər verir ki, iddialara görə, "Meta" rəhbəri Mark Zukerberq "WhatsApp" yazışmaları da daxil olmaqla istifadəçilərin məxfi məlumatlarını Çinə ötürməkdə maraqlı olub.
Çin bazarına giriş uğrunda hər şey gözə alınır
ABŞ və Çin arasında sürətlə alovlanan ticarət müharibəsi fonunda, 1,5 milyardlıq Çin əhalisi hələ də ABŞ-ın texnologiya şirkətləri üçün cəlbedici bazar olaraq qalır. "Meta"nın Çin bazarına daxil olmaq üçün hər cür riski gözə almağa hazır olduğu, bu son hadisələrlə bir daha ortaya çıxıb.
ABŞ Senatının Ədalət Komitəsinin Cinayət və Terrorla Mübarizə Alt Komitəsində çıxış edən "Meta"nın keçmiş rəhbər şəxslərindən Sara Vinn-Vilyams şirkətin Çinlə əlaqələrinə dair açıqlamaları ilə gündəmə gəlib. O, Mark Zukerberqin sosial şəbəkəni Çin bazarına açmaq üçün istənilən güzəştə hazır olduğunu və bu çərçivədə ABŞ vətəndaşlarının məlumatlarının ifşa edilməsinin belə müzakirəyə açıq olduğunu bildirib.
"Aldrin layihəsi" və gizli məlumat ötürmələri
Vinn-Vilyams həmçinin bildirib ki, "Meta" daxilində bu təşəbbüs "Aldrin layihəsi" olaraq adlandırılıb və yalnız məhdud bir qrupun girişinə açıq olub. Onun sözlərinə görə, şirkət ABŞ ilə Çin arasında "rəqəmsal bir boru xətti" yaratmağa çalışıb və bu xətt vasitəsilə istifadəçi məlumatları birbaşa Çin Kommunist Partiyası ilə paylaşılır.
Məlumat təhlükəsizliyi və gələcək risklər
"Çin və ya ABŞ mənim şəxsi məlumatlarımla nə edə bilər ki?" sualı bəzi istifadəçilərə bəsit görünə bilər. Lakin "WhatsApp" mesajlarınızda yer alan ən kiçik bir "problematik" ifadənin belə gələcəkdə xarici səyahətlərinizdə problemlərə yol aça biləcəyi, hətta sərhəd keçidində ölkəyə girişinizin əngəllənə biləcəyi unudulmamalıdır. Xüsusilə də ABŞ və ya Çin mənşəli bir şirkətlə rəqabət aparan iş adamları üçün bu məlumatların sızması, ticarət sirrlərinin rəqib firmalara ötürülməsi riski realdır.
Nəticə: Silahsız casusluq dövrü
Nəticə etibarilə, kommersiya casusluğu və məlumat təhlükəsizliyi müasir dövrdə cəmiyyətləri silahsız şəkildə sarsıdan bir vasitəyə çevrilib. "Meta" və digər texnologiya nəhənglərinin istifadəçi məlumatları üzərində qurduğu strateji əməkdaşlıqlar, milli təhlükəsizliklə yanaşı fərdi azadlıqları da ciddi şəkildə təhdid edir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025