Qaxda gəzməli yerlər -

Redaktor

08.08.2025 13:40
821

Qaxda gəzməli yerlər - FOTOLAR

Azərbaycanda gəzməli-görməli yerlərdən biri də Qax şəhəridir. Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərində qıpçaq dilində “dağlar arasında sığınacaq” mənasını verdiyi qeyd olunan bu bölgə, əsrarəngiz təbiəti və zəngin tarixi ilə hər kəsi heyran edir. Qaxda həm qədim abidələr, həm də təbiət möcüzələri bir arada mövcuddur. Bu səbəbdən şəhər istər istirahət, istərsə də macəra axtaran səyahətçilər üçün ideal məkan hesab olunur.

Qaxı ziyarət edənlər burada həm gəzib əylənir, həm təbiətin dadını çıxarır, həm də bu unikal bölgənin tarixi haqqında yeni biliklər qazanırlar.

Valyuta.az Qaxda ziyarət ediləcək məkanları təqdim edir: 

İlisu şəlaləsi

İlisu şəlaləsi Qax rayonunun İlisu kəndi yaxınlığında yerləşən və bölgənin ən məşhur təbiət incilərindən biridir. Təxminən 25 metr hündürlükdən axan suyu ilə xüsusilə yaz və yay aylarında möhtəşəm mənzərə təqdim edir. Şəlaləyə aparan yol dağlıq və çətin keçidlərdən ibarət olduğundan ora çatmaq həm fiziki güc, həm də səbr tələb edir. Elə buna görə də, enişli-yoxuşlu təbiəti kəşf etmək istəyən hər kəs Qaxa səfəri zamanı bu şəlaləni mütləq ziyarət etməlidir.

 

Ləkit Bal Evi

Ləkit Bal Evi Qax rayonunun Ləkit kəndi yaxınlığında yerləşən və 2012-ci ildə yaradılmış ailə təsərrüfatıdır. Burada bal, arı südü, propolis, çiçək tozu, mum, baxım kremləri və digər məhsullar “Honey House” brendi altında istehsal olunur. Kompleksdə balın keyfiyyətini yoxlamaq üçün laboratoriya, arıçılıq emalatxanaları və regionun arıçılıq tarixinə həsr olunmuş açıq səma altında muzey fəaliyyət göstərir. Bura üz tutan ziyarətçilər mütəxəssis müşayiəti ilə ekskursiyalarda iştirak edə, bal istehsalı üzrə masterklaslara qoşula bilirlər. Burada Qafqaz dağ balının istehsalında tətbiq olunan ənənəvi üsullar haqqında məlumat almaq və məhsulların dadına baxmaq mümkündür. Təsərrüfat ərazisində kiçik bir göl də var və ətrafında oturaraq təbiətin gözəlliyindən zövq almaq olar.  Qeyd edək ki, ekskursiya ödənişsiz təşkil edilir.

Müqəddəs Georgi Kilsəsi - Tolerantlıq abidəsi

Müqəddəs Georgi Kilsəsi Qax şəhərinin mərkəzində, ingiloy icmasının yaşadığı ərazidə yerləşən mühüm tarixi-dini abidədir. XIX əsrə aid olduğu güman edilən kilsə memarlıq üslubu və tarixi ilə turistlərin diqqətini çəkir. Bu kilsəni ziyarət edənlər fərqli bir mədəniyyət - pravoslav xristian mədəniyyəti ilə yaxından tanış ola bilərlər. Kilsə dini turizmlə yanaşı, tarixi memarlıq və çoxmillətli mədəniyyətlə maraqlanan ziyarətçilər üçün də cəlbedici məkan sayılır.

Mamırlı şəlaləsi

Mamırlı şəlaləsi Qax rayonunun Ləkit-Kötüklü kəndi yaxınlığında, sıx meşələrin arasında yerləşən təbii gözəlliklərdən biridir. Qayalarının üzərində qalın yaşıl mamır təbəqəsi olduğu üçün bu adla tanınır. Hündürlüyü təxminən 15 metr olan şəlalə, xüsusilə yaz və yay mövsümündə daha gur axını ilə fərqlənir. Əraziyə piyada gediş də, xüsusi nəqliyyat vasitəsi ilə çatmaq da mümkündür. Mamırla örtülən qayaların suyla birləşməsi ilə bənzərsiz bir mənzərə yaranır. 

 

Sarıbaş kəndi

Bir çox ziyarətçilər üçün ən maraqlı yerlər getdikləri bölgələrin camaatı və kənd həyatı olur. Qaxa gedəndə ziyarət edə biləcəyiniz kəndlərdən biri də Sarıbaş kəndidir. Bu kəndə getmək elə də asan deyil, yerləşdiyi nöqtə çətin tapılır. Amma unudulmaz macəralarla dolu bir yol sizi Sarıbaş kəndinə aparacaq.

 

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...