Redaktor
Putin miqrantlarla bağlı sərəncam verdi - Azərbaycanlıların durumu necədir?
Prezidenti Vladimir Putin Rusiyada miqrantlara hüquqi statuslarının nizama salınması üçün verilən müddəti 133 gün uzadan sərəncam imzalayıb.
Sərəncama əsasən, əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisində hüquqi statusunun tənzimlənməsi müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.
Azərbaycanlı miqrantlarla bağlı vəziyyət, neçə həmvətənimizin hüquqi statuslarını nizama salmaq üçün müraciət etdiyi maraq doğurur.
Valyuta.az xəbər verir ki, Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Modern.az-a bildirib ki, sənədləri qaydasında olmayan azərbaycanlı miqrantların sayı digər ölkələrdən olan miqrantlardan dəfələrlə aşağıdır:
“Əlbəttə ki, təşkilatımıza həmvətənlərimiz tərəfindən müəyyən müraciətlər olunur. Biz Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin tərkibində hüquq mərkəzi yaratmışıq. Bu hüquq mərkəzində çalışan hüquqşünaslar və vəkillər azərbaycanlılardır və həmvətənlərimizə yardım göstərirlər. Müraciətələrin sayı çox azdır. Bizim Özbəkistan və Qırğızıstan diasporları ilə əlaqələrimiz var. Onlarda müraciətlərin sayı bizimki ilə müqayisədə dəfələrlə çoxdur. Hətta qırğız diasporu "qaynar xətt" təşkil edib öz həmyerlilərinə köməklik göstərir. Bu istiqamətdə azərbaycanlıların demək olar ki, problemləri yox həddindədir. Yenə də az-az müraciətlər var və biz həmyerlilərimizə kömək edirik. Əlbəttə, müddətin uzadılması ilə bağlı qərarın verilməsi müsbət haldır. Düşünürəm ki, Rusiyada yaşayan qeyri-qanuni miqrantların sayının tamamilə azalmasına şərait yaradacaq”.
Bəxtiyar Həsənov sənədlərinin düz olmamasına görə qadınların sayının çoxluq təşkil etdiyini deyib:
“Daha çox qadınlar bizə müraciət edirlər. İş miqrantları arasında sənədləri düz olmayanlar azərbaycanlılar yox həddindədir. Amma kimsə öz anasını və ya həyat yoldaşını gətirib, lakin onu qeydiyyata salmayıb. Bu hallara da olduqca az rast gəlinir. Qanunvericiliyin bir balaca sərtləşdirilməsinə görə öz həmyerlilərimizə öz tövsiyələrimizi vermişik və veririk də. Lazımi yardımlar edilir, təlimatlar verilir”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025