Pulsuz parkinqlərdə 1 manat tələb edənlərlə bağlı DİN-dən AÇIQLAMA

Redaktor

06.05.2025 11:41
199

Pulsuz parkinqlərdə 1 manat tələb edənlərlə bağlı DİN-dən AÇIQLAMA

Son vaxtlar Bakının müxtəlif yerlərində, xüsusilə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunmuş parkinq sahələrində maraqlı və bir o qədər də narahatedici mənzərələr müşahidə olunur.

Valyuta.az xəbər verir ki, sürücülər bazar günləri - parkinqin rəsmi olaraq ödənişsiz olduğu günlərdə belə, özlərini "parkovşik" kimi təqdim edən şəxslərlə qarşılaşır və onlardan pul tələb olunduğunun şahidi olurlar.

Bu cür hallar təkcə həftə sonlarına deyil, həmçinin ümumiyyətlə pulsuz olan parkinq sahələrinə də şamil edilir. Vətəndaşlar pulsuz dayanacaqdan istifadə etmək istədikdə, qeyri-rəsmi "nəzarətçilər" onlardan məcburi şəkildə ödəniş tələb edir. Bu isə həm qanunsuz fəaliyyət, həm də ictimai narazılıq doğuran bir məsələdir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli BAKU.WS-ə bildirib ki, parklanma qaydalarının tənzimlənməsi prosesində yaranan neqativ halların aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən sistemli mübarizə aparılır və qanunsuz fəaliyyətin qarşısı alınır:

"Ayrı-ayrı şəxslər tərəfindən avtomobil parklanması üçün qanunsuz şəkildə zəbt olunması hallarının qarşısının alınması diqqət mərkəzində saxlanılır. Polis əməkdaşlarının həyata keçirdikləri monitorinqlər və profilaktik tədbirlərlə səlahiyyəti olmadan parklanma yerlərini təşkil edən, parklanma xidməti göstərən yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur".

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO

09.12.2025

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı

09.12.2025

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?

09.12.2025

Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib

09.12.2025

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

09.12.2025

İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu

09.12.2025

"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb

09.12.2025

Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu

09.12.2025

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir

09.12.2025

ABŞ bu il 85 min vizanı ləğv edib

09.12.2025

Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

09.12.2025

Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur

09.12.2025

İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir

09.12.2025

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

09.12.2025

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025
Borcları idarəolunan şəkildə necə ödəmək olar?

Borcları idarəolunan şəkildə necə ödəmək olar?

09.12.2025

Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq

09.12.2025

"PAŞA Sığorta”ya yeni təyinat olub

09.12.2025

Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

09.12.2025

Məzənnə

Yüklənir...