Redaktor
Prezident yeni dövlət rüsumlarını təsdiqlədi
Yeni dövlət rüsumları müəyyənləşib.
Valyuta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşib:
– Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi 100 manat.
– Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi – 150 manat.
– Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi – 150 manat.
– Elektrik enerjisinin paylanmasına icazənin verilməsi – 150 manat.
– Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat.
– Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.
– Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.
– Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.”;
– “İxrac nəzarəti haqqında” qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi – 100 manat.
– İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi – 100 manat.
– Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi – 200 manat;
– Qazın nəqli üçün icazənin verilməsi – 150 manat.
– Qazın paylanmasına icazənin verilməsi – 50 manat.
– Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi 150 manat.
– Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi – 100 manat.
– Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi – 150 manat;
– Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat;
– Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi – 150 manat.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025