Prezident xanım səfiri geri çağırdı - <span style="color: #ff0000;">SƏRƏNCAM</span>

Redaktor

24.04.2021 11:55
1,587

Prezident xanım səfiri geri çağırdı - SƏRƏNCAM

Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

Valyuta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Qeyd edək ki, Xanım İbrahimova beynəlxalq münasibətlər və diplomatiya sahəsində 20 illik iş təcrübəsinə malikdir. O, 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

Xanım İbrahimova həmçinin Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyi və ATƏT yanında Daimi Nümayəndəliyində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Fəaliyyəti dövründə o, ATƏT çərçivəsində keçirilmiş müzakirələrdə Azərbaycanı təmsil edib, Azərbaycan Respublikası Prezidentinin başçılığı ilə geniş tərkibli ilk Azərbaycan-Avstriya Biznes Forumunu təşkil edib.

Azərbaycanda diplomatik xidmət sıralarına qoşulmadan əvvəl o, 2003-cü ildə BMT-nin Nyu-Yorkda yerləşən Baş Qərargahında İnkişaf Siyasəti Bürosunda layihələndirmə mütəxəssisi və 2004-cü ildə isə ən strateji bürolardan birində - Böhranların Qarşısının Alınması və Bərpa Bürosunda layihə meneceri (P-4) vəzifəsində işləyib. Xanım İbrahimova burada minalardan əziyyət çəkən ölkələr üçün böhranın qarşısının alınması və ərazilərin bərpası istiqamətində vəsaitin toplanması üzrə iş aparıb.

Xanım İbrahimova Bakı şəhərindən anadan olub. Evlidir, iki övladı var.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...