Redaktor
Orta aylıq nominal əməkhaqqı artıb - Bu rəqəmlər nə qədər realdır?
Bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 267 manat təşkil edib.
Bu barədə məlumatı Bakı Şəhər Statistika İdarəsi yayıb.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz çoxdur. 2023-cü ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 179,8 manat təşkil edib. Yəni, son bir ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 87,2 manat artıb.
Bu rəqəmlər reallığı əks etdirirmi? Verilən statistik göstəricilər nəyə uyğun hesablanır?
Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu məlumatlar və bu rəqəmlər reallığı əks etdirir:
“Bu çox sadə bir statistikadır. Dövlət Statistika Komitəsi bütün iş verənlərdən hər ayın əvvəli statistik hesabatlar toplayır. Bundan başqa, çox rahat şəkildə Vergilər Nazirliyinin saytından da bu məlumatlar yoxlanıla bilər. Daha sonra əməkhaqqı ödənişləri bank sistemi ilə həyata keçirildiyinə görə bu göstəricilər rəsmi və şəffafdır. Ona görə də bu rəqəmləri rahat hesablayıb statistik göstəriciləri çıxara bilinir. Bu elə də mürəkkəb statistika deyil. Ümumiyyətlə Dövlət Statistika Komitəsi çalışır ki, bu rəqəmlər rəsmi hesabtlara uyğun olsun”.
Davud
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025