Nikaha necə daxil olmaq olar? – Sənədlər və dövlət rüsumu

Redaktor

13.05.2024 17:25
1,703

Nikaha necə daxil olmaq olar? – Sənədlər və dövlət rüsumu

Azərbaycan Respublikası əraizisində nikahın bağlanması Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Ailə Məcəlləsi ilə tənzimlənir. 

Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. 

Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, Ailə Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.

Valyuta.az xəbər verir ki,  nikaha daxil olmaq istəyən Aəzrbaycan vətəndaşları ilk olaraq tibbi arayış almalıdır. 

Tibbi arayışın alınması üçün  istənilən “Asan Xidmət” mərkəzinə müraciət etmək olar. Nikaha daxil olmaq istəyən hər iki tərəf vəsiqlərinin əsli ilə (şəxsiyyət vəsiqəsində mütləq subay olduğu qeyd olunmalıdır)  “Asan Xidmət” mərkəzinə yaxınlaşaraq qan nümunəsi verməlidir. 

Qan nümunəsinin götürülməsi üçün  bir nəfərə 16 manat 40 qəpik dövlət rüsumu tələb olunur. Tibbi arayışın hazır olma müddəti 14 iş günüdür, amma dəqiq tarix sənəd qəbulu zamanı əməkdaş tərəfindən qeyd olunur. Tibbi arayış hazır olandan sonra nikahın qeydə alınması üçün nikaha daxil olmaq istəyən şəxslər tərəfindən ərizə yazılmalıdır. Ərizənin də yazılması üçün istənilən “Asan Xidmət” mərkəzinə  müraciət etmək mümkündür. Bunun üçün hər iki tərəf bir yerdə yaxınlaşaraq ərizə yazır.  Bu zaman da hər iki tərəfin şəxsiyyət vəsiqəsinin əsli olmalı, vəsiqədə isə subay olduqları qeyd olunmalıdır.

 Hər iki tərəfin tibbi arayışları və əgər təkrar nikah bağlanırsa, nikah pozulması haqqında əvvəlcədən alınan şəhadətnamə də təqdim edilməlidir. Bundan sonra Yerində nikahın qeydə alınması ilə bağlı ərziə yazılır, 10 manat dövlət rüsumu 0.40 qəpik isə bankın xidmət haqqı ödənilir. Ərizə yazıldığı günün bir ay tamamında hər hansı xüsusi hal yoxdursa, nikah qeydə alınır. Nikahın qeydə alınması isə mərkəz daxilində xüsusi bəzədilmiş otaqda olacaqsa, həmin otaqla bağlı 40 manat da əlavə ödəniş tələb olunur. 

Bundan əlavə yaxın qohumların (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlərin və övladlığa götürülənlərin, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslərin, tibbi müayinədən keçməyən şəxslərin, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin nikaha daxil olmasına icazə verilmir. 

Davud
 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mübahisəsiz lider: Dünyanın ən populyar avtomobili müəyyən edildi - TOP-10

08.12.2025

Vəfat edən şəxsin pensiyasını almaq üçün bilməli olduğumuz ŞƏRTLƏR

08.12.2025

"Google" süni intellekt sahəsində inqilaba aparan əsas şərti açıqladı

08.12.2025

Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı

08.12.2025

"Embawood" şirkətinə yeni baş direktor təyin edilib

08.12.2025

Tərk edilmiş milyonluq mülklər

08.12.2025

"Relax"ın yenə borcu yarandı

08.12.2025

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025

Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub

08.12.2025

Şirkət 8 milyard qiymətləndirmə ilə 330 milyon dollar investisiya alıb

08.12.2025

1 ili tamam olmamış ləğv olundu

08.12.2025

“300 milyon istifadəçiyə çatdıq” - Hər gün “Binance”a 180 min insan qoşulur

08.12.2025

24 yaşlı startapçı "Meta"nın ən yaxşı süni intellekt mütəxəssislərini "oğurlayır"

08.12.2025

"nivo" lüks geyim kirayəsini təqdim edən "UnoMoi"ni satın aldı

08.12.2025

Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?

08.12.2025

Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı

08.12.2025

Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR

08.12.2025

Səssiz şəkildə işçiləri tükəndirən hallar var

08.12.2025

Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb

08.12.2025

İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi

08.12.2025

Məzənnə

Yüklənir...