Texniki işçi rəhbər oldu - Sizi kəşf edən insanı necə tapmalı?
08.08.2025 14:19
625

Texniki işçi rəhbər oldu - Sizi kəşf edən insanı necə tapmalı?

Samir Mirzə
     Ölkə.Az saytının məsul redaktoru, media meneceri

Adətən, iş mövzusundan söhbət düşərkən, mənfi mənada “gərək tanışın olsun” deyirlər. Bunu bəzən bacarıqlı, istedadlı insanlar da söyləyir, əlindən heç bir iş gəlməyənlər də.

Bəs nədir bu “fenomenal tanışlıq”? Baxaq görək, “tanışlıq” adlandırdığımız məfhum “əlaqələr” anlayışı ilə eynidirmi?

Əvvəlcə bunu yuxarıdan pərçimləyək ki, nə qədər sənin tanış-bilişin olursa-olsun, bazanı formalaşdırmamısansa, yəni istedad, bacarıqdan kəmsənsə, həmin tanışlar səndən yan qaçacaqlar. Yaxud tanışının əli ilə bir yerlərə çatmısansa, ən pis halda orada işi öyrənməsən, gec-tez ədalət öz yerini tapacaq və iş yeri ilə sağollaşmalı olacaqsan. Bəli, ədalət, çünki sən hansısa layiqli şəxsin yerini tutmusan və bunun üçün nə narahatsan, nə də çalışırsan.

“Kəşf” hekayəsi

Keçək “əlaqələr” mövzusuna. Sizə 10 ildən çoxdur çalışdığı sahəyə gəlişindən və addım-addım irəliləyən bir şəxsin hekayəsindən bəhs edim ki, mövzu daha tutarlı olsun: ilk dəfə bir dostunun tövsiyəsi ilə işə götürülmüşdü. Ən kiçik hesab olunan yerdən – texniki işlərdən rəhbərlik mövqeyinə qədər yol qət edib. Maaşı düşünmədən, üzərində çalışaraq, bir çox hallarda iş vaxtından əlavə işləyərək. Təbii ki, həyat davam edir və insanın irəli və yaxud geri getməsi də, ondan və ətrafında baş verən hadisələrdən də asılıdır. Bu isə bir qədər ayrı mövzudur.

Təsəvvür edin, həmin şəxs tədbirlərin birində həmkarı ilə tanış olur. Onunla əlaqələri yaranır. Gələcəkdə bir-birinə müxtəlif məsələlərdə taleyüklü köməklər edirlər. Onlardan birinin təqdimatı sayəsində digəri yuxarı vəzifəyə keçir. Bu minvalla yeni tanışlıq - əlaqələr yaranır və günün birində yeni tanışı ona yaxşı mənada “səni kəşf etdik” deyir. Amma gərək bu “kəşf” o qədər də çətin yol qət etməsin. Çətin yolun özünün də bir şirinliyi var, lakin hamı üçün eyni deyil.

Bəli, qurulan əlaqələr insanın taleyini müəyyən edir. Necə deyərlər, pis dostlar insanı geriyə çəkdiyi kimi, sağlam əlaqələr – dostluq və yoldaşlıq kontekstində - səni irəliyə aparır, əlindən tutur.

Bəs zəhmət və əziyyət necə?

Əlbəttə, zəhmətkeş insanlar çox qiymətlidirlər və onların əziyyəti dəyərləndirilməlidir. Əfsuslar olsun ki, həmişə zəhmətmərkəzli olanda başın işə o qədər qarışır ki, bəzən və yaxud bir çox hallarda uzun müddət yerində saymalı olursan. Gözün sanki yollarda qalır - “Kimsə gəlib məni tapacaq və ağ günə çıxacağam” düşüncələri əvvəlcə ümid verir, sonra səs-soraq çıxmayanda depressiya yaşadır. Məlum olur ki, yalnız başını aşağı salmaqla iş bitmir. Gərək aradabir boylanıb ətrafa baxasan, görüşlərdə iştirak edəsən, sosiallaşasan. Əlbəttə, hər insanın özünəməxsus təbiəti olduğu üçün hamı ilə münasibət qurmaq asan deyil, amma ən azı salam-sağ ol səviyyəsində də “var olduğunu” göstərməkdə fayda var. Yaxud da sosiallaşma dedikdə müxtəlif insanlarda fərqli şəkildə təzahür edə bilər. Məsələn, “qaynar” mühitlərdə görünmək istəmir, lakin məhdud çevrələrdə açar adamlarla görüşür. Ümumiyyətlə, bu dünya maraqlar dünyasıdır, nə yaxşı olar ki, o maraqlar dostluq, yoldaşlıq prinsiplərinə əsaslansın və əlaqələr də bu minvalla sağlam şəkildə qurulsun. Məntiqi ardıcıllıq olaraq həm maddi, həm də mənəvi tərəfdən məhsuldarlıqla nəticələnsin.

Tanışlıq və zəhmətin vəhdəti

Son nəticə olaraq demək olar ki, tanışlıq və zəhmətin vəhdət təşkil etməsi sağlam gələcəyə zəmanət verir. Həyat zəhməti yerdə qoymur, amma eqoizmi və yersiz prinsipiallığı da bağışlamır. İş həyatı ilə bağlı oxuduğum bir kitabda uğurun əsas açarı kimi mənəviyyatın yüksəkliyi xüsusi vurğulanır və buna böyük yer verilir. İnsan tanışlığa “işbazlıq” kimi baxarsa, həyatı ona uyğun çalarlarla formalaşacaq. Yalnız cibinə, yoxsa həm də ətrafına xidmət edəcəyi müəyyənləşəcək.

İnsan seçdiyi həyatla öz taleyini yazır. Şans isə kimlərinsə duasında yer almağındır.

"Həyatda qazandığım tək bir şey varsa, o da ana-ata duasıdır" - İstanbul Aydın Universitetinin rəhbəri professor Mustafa Aydın bizimlə görüşündə demişdi.

Görünmək, gözə girmək, kölgədə qalmaq - Hansı yaxşıdır?

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO

09.12.2025

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı

09.12.2025

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?

09.12.2025

Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib

09.12.2025

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

09.12.2025

İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu

09.12.2025

"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb

09.12.2025

Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu

09.12.2025

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir

09.12.2025

ABŞ bu il 85 min vizanı ləğv edib

09.12.2025

Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

09.12.2025

Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur

09.12.2025

İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir

09.12.2025

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

09.12.2025

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025
Borcları idarəolunan şəkildə necə ödəmək olar?

Borcları idarəolunan şəkildə necə ödəmək olar?

09.12.2025

Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq

09.12.2025

"PAŞA Sığorta”ya yeni təyinat olub

09.12.2025

Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

09.12.2025

Məzənnə

Yüklənir...