Redaktor
Naxçıvanın keçmiş baş nazirinin imzaladığı qərarlar ləğv edildi - SİYAHI
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli bir sıra qərarı ləğv edilib.
Valyuta.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.
Qərara əsasən, aşağıdakı qərarlar ləğv olunub:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 16 nömrəli Qərarının 1-ci və 2-ci hissələri;
“Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 yanvar tarixli 2 nömrəli Qərarı;
“Naxçıvan Muxtar Respublikasında sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 17 nömrəli Qərarı;
“Naxçıvan Muxtar Respublikasında fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 18 nömrəli Qərarı;
“Naxçıvan Muxtar Respublikasında sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 19 nömrəli Qərarı;
“İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 20 nömrəli Qərarı;
“Naxçıvan Muxtar Respublikasında müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 mart tarixli 52 nömrəli Qərarı.
Xatırladaq ki, ləğv olunan qərarları həmin dövrdə muxtar respublikanın baş naziri vəzifəsində çalışan Əlövsət Baxşıyev imzalayıb. Ə.Baxşıyev 1994-1998-ci illərdə muxtar respublikanın maliyyə naziri, 1998-2000-ci illərdə maliyyə-iqtisadiyyat naziri, 2000-2020-ci illərdə isə baş naziri vəzifələrində çalışıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025