Redaktor
Müşahidə qabiliyyətimizi necə inkişaf etdirə bilərik?
Müşahidə qabiliyyəti insanın ətrafında baş verənləri daha dərindən dərk etməsinə və analiz etməsinə kömək edir. Bu bacarığı inkişaf etdirmək üçün fərqindəliyi artırmaq, indiki anda yaşamaq və diqqəti ətraf mühitə yönəltmək vacibdir. İctimai yerlərdə insanları müşahidə etmək beş hiss orqanından aktiv istifadə etmək və zehni məşqlər yaddaşı gücləndirərək müşahidə qabiliyyətini artırır. Müşahidə yalnız elmi və peşəkar sahələrdə deyil, gündəlik həyatda da daha ağıllı və ayıq qərarlar verməyə şərait yaradır. Davamlı təcrübə ilə müşahidə gücü qısa müddətdə nəzərəçarpacaq dərəcədə inkişaf edə bilər. Bəs, müşahidə qabiliyyətimizi necə inkişaf etdirə bilərik?
Valyuta.az müşahidə qabiliyyətini inkişaf etdirməyin yollarını təqdim edir.
Fərqindəliyi artırın
İlk və ən vacib addım zehninizi ətraf mühitdən məlumat almağa açmaqdır. Hər gün bir neçə dəqiqə ayırıb sadəcə dayanaraq ətrafınızı seyr edin. Görə bildiyiniz qədər detalı nəzərdən keçirin. Bu vərdiş sizi daha diqqətli və ayıq biri halına gətirəcək. Həyatınızdakı hər bir fəaliyyət sizə yeni məlumatlar qazandırmaq potensialına malikdir. Kiçik detallara belə fikir verin, yalnız böyük obyektləri müşahidə etməklə kifayətlənməyin.
İndiki anla yaşayın
Düşüncələr texnologiyalar və səs-küylü mühitlər bizi asanlıqla yayındıra bilər. Ancaq bu diqqət dağınıqlığı müşahidə qabiliyyətini zəiflədir. Keçmiş və ya gələcək barədə düşünməkdənsə, yaşadığınız anın içində olmağa çalışın.
İctimai yerlərdə müşahidə aparın
Bir parkda, kitabxanada və ya ticarət mərkəzində bir neçə dəqiqə oturaraq ətrafınızdakı insanları müşahidə edin. Onların nə geyindiyini, necə gəzdiklərini və başqaları ilə necə ünsiyyət qurduqlarını izləyin.
Ağıllı fərqindəlik (mindfulness) tətbiq edin
Sakit və dinc bir məkanda oturun. Gözlərinizi yumun və bədən əzələlərinizi rahatlayın.
Zehninizdəki bütün fəaliyyəti dayandırmağa çalışın. Yalnız nəfəsinizə, ətrafdakı səslərə və qoxulara fokuslanın. Əgər zehniniz yayındısa, sakitcə geri dönün və ən azı 15 dəqiqə bu vəziyyətdə qalın.
Bütün hisslərinizi işə salın
Yeni səslərə və qoxulara biganə qalmayın. Onların nə olduğunu təxmin etməyə çalışın. Yemək yeyərkən, hər bir dad hissini fərqləndirməyə cəhd edin. Bir neçə saniyə çeynəyib, yutmadan əvvəl diqqətlə dadın. Hər bir lokmadan sonra iki-üç saniyə fasilə verin. Gözlərinizi yumaraq əşyaları hiss etməklə toxunma hissinizi inkişaf etdirə bilərsiniz.
Yaddaş və xatırlama qabiliyyətinizi inkişaf etdirin
Beyninizi güclü yaddaş və xatırlama üçün məşq etdirin. Bunu müxtəlif zehni oyunlarla etmək mümkündür: pazllar, şifrələr, rubik kubu, şahmat və s. Bu oyunlar yalnız yaddaşı deyil, həm də müşahidə, məntiqi düşünmə və analiz etmə bacarıqlarını gücləndirir.
Yaxşı müşahidə qabiliyyəti olan insanlar ətraflarını beş hiss vasitəsilə izləyir, təhlil edir və yadda saxlayırlar. Gündəlik həyatınızda daha diqqətli olmaq istəyirsinizsə, hər gün ətrafınızı təhlil etməyə bir az vaxt ayırın. Gözlə yanaşı digər hisslərinizi də işə salın və gündəlik həyatınıza daha çox fərqindəlik qatın. Yaddaş üzərində də çalışın ki, müşahidə etdiyiniz detalları daha yaxşı xatırlayasınız. Gündəlik məşqlərlə müşahidə qabiliyyətiniz bir neçə həftə ərzində güclənə bilər.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025