Redaktor
Mixael Şumaxerin 5 yarış qalibi olduğu maşını hərraca çıxarılır
“Formula 1” dünyasının əfsanəvi adı Mixael Şumaxer diqqət çəkən hadisə ilə gündəmə gəlib. Dünyanın ən böyük avtomobil auksion şirkətlərindən biri olan “RM Sotheby's” Şumaxerin 5 yarışda qalib gəldiyi “Formula 1” avtomobilini hərraca çıxaracaq.
Valyuta.az-ın məlumatına görə, 2006-cı il modeli kimi qeydə alınan “Ferrari 248”, Mixael Şumaxer üçün çox xüsusi bir yerə sahib idi. ABŞ və Almaniyada Şumaxer 5 Qran Prisini qazanan avtomobil 2,4 litrlik V8 mühərriki ilə təchiz edilib. 2006-cı il “Formula 1” mövsümünün əvvəlində 730 at gücü hasil edən “Ferrari 248” mövsümün sonunda 785 at gücü hasil edirdi. Bu mühərrik 1964-cü ildə “Formula 1” üçün nəzərdə tutulmuş ilk “Ferrari” mühərriki idi. Beləliklə, avtomobil “Ferrari” üçün də çox vacibdir.
“RM Sotheby's” tərəfindən keçiriləcək hərracda Mixael Şumaxerin “Ferrari 248” avtomobilinin təxmini qiyməti barədə məlumat paylaşılmayıb. Lakin bu naməlum məbləğ noyabrın 14-də hərracın başlanacağı vaxt üzə çıxacaq.
Deyək ki, avtomobil 2007-ci ilə qədər “Ferrari”yə məxsus olub və həmin il əl dəyişib. Avtomobilin indiki sahibi də 2008-ci ildə “Ferrari”dən “Klassik Qırmızı Kitab” sertifikatı alıb. Bu sertifikat o deməkdir ki, avtomobil 100 faiz orijinaldır.
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025