Redaktor
Milyarder Uorren Baffet ən uğurlu və ən uğursuz investisiyalarını açıqladı
Bu il dünyanın ən uğurlu investorlarından biri olan Uorren Baffet təqaüdə çıxır. Baffet ilk dəfə səhm alqı-satqısına 11 yaşında başlayıb və bu gün onun sərvəti 160 milyard dolları ötüb.
Valyuta.az xəbər verir ki, məşhur investor bu yaxınlarda "Berkshire Hathaway" holdinq şirkətinin baş direktorluğu vəzifəsindən ayrılacağını elan edib. Bu isə onun karyerasında uğurlu və uğursuz hesab etdiyi investisiyaları xatırlamaq üçün yaxşı fürsətdir.
"Associated Press" agentliyinin hazırladığı siyahıya əsasən, Baffetin fikrincə onun ən uğurlu investisiyaları bunlardır:
Sığorta şirkətlərinin alınması: 1960-cı illərin sonunda "National Indemnity" və "National Fire & Marine" sığorta şirkətlərinin alınması. Məhz bu şirkətlərdən əldə olunan gəlir Baffetə sonrakı iri investisiyalar üçün əsas kapitalı təmin edib.
"American Express", "Coca-Cola" və "Bank of America" səhm paketləri: Bu şirkətlər çətin dövrlər keçirərkən Baffet onların səhmlərini alıb. Zamanla bu investisiyaların dəyəri kəskin artıb və bu gün həmin portfelin dəyəri 100 milyard dollardan çoxdur. Üstəlik, uzun illər ərzində əldə edilən dividendlər də əlavə gəlir gətirib.
"Apple": Baffet uzun illər texnoloji şirkətlərə sərmayə qoymaqdan çəkinib, çünki bu sektoru yaxşı tanımadığını bildirib. Lakin 2016-cı ildə "Apple" şirkətinə olan müştəri sədaqətini gördükdən sonra səhmlərini almağa qərar verib. Bu gün bu portfelin dəyəri 174 milyard dollardan çoxdur.
"BYD": 2008-ci ildə çinli elektromobil istehsalçısı "BYD" şirkətinə 232 milyon dollar sərmayə qoyub. Bu investisiyanın dəyəri bir müddət sonra 9 milyard dollara qədər yüksəlib. Hazırda Baffetin əlində qalan səhmlərin dəyəri təxminən 1,8 milyard dollardır.
Baffetin ən uğursuz investisiyaları isə aşağıdakılardır:
"Berkshire Hathaway": 1960-cı illərdə bu şirkət bir neçə tekstil fabrikindən ibarət idi. Baffet bu fabrikləri alaraq investisiya imperiyasının əsasını qoysa da, müəssisələrin özü uzun illər zərər gətirib və sonda bağlanıb. Lakin şirkətin adı saxlanılıb.
"Dexter Shoe Co.": 1993-cü ildə bu ayaqqabı fabrikini 433 milyon dollara alıb və bu əməliyyatı öz karyerasındakı ən böyük səhv adlandırıb. Rəqabətədavamlı olmadığından fabrika iflasa uğrayıb və yalnız zərər gətirib.
Qaçırılmış imkanlar: Baffet ən böyük səhvlərindən birinin də vaxtında bəzi investisiyaları etməmək olduğunu deyib. O, "Amazon", "Google" və "Microsoft" kimi texnoloji nəhənglərin səhmlərini erkən mərhələdə almadığı üçün milyardlarla dollarlıq potensial gəliri əldən verib.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025