Redaktor
“MFX-Trading İnvestisiya Şirkəti” geriləyir - 136 milyonluq azalma
“MFX-Trading İnvestisiya Şirkəti” artıq bir neçə aydır ki, geriləməyə başlayıb, daxili birja dövriyyəsi 136 milyon manatdan çox azalıb.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, investisiya şirkətinin bu ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 47 əqd üzrə 141,2 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 49% və ya 136,2 mln. manat azdır. Halbuki, şirkətin 2024-cü ilin eyni dövründə daxili birja dövriyyəsi 155 əqd üzrə 277,4 mln. manata bərabər olmuşdu.
"MFX-Trading İnvestisiya Şirkəti” dövriyyəsinin bir əqd üzrə orta dəyəri 3mln. manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisə edildikdə 69% artım deməkdir.
İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və dövlət istiqrazlar təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 78,2 mln. manatı repo əməliyyatlarının, 32,6 mln. manatı dövlət istiqrazlarının payına düşüb. Portfeldə korporativ istiqrazlarının payı 773,8 min manat, AMB-nin notları isə 29,6 milyon manat təşkil edib.
İnvestisiya şirkəti bu il səhmlər üzrə hər hansı bir əməliyyat aparmayıb. Son göstəricilərə əsasən, “MFX-Trading” dövriyyəsi ən çox azalan dördüncü şirkət olub.
Xatırladaq ki, “MFX-Trading İ.Ş.” ASC 2020-ci ildə təsis edilib. Hazırda 1,11 milyon manat nizamnamə kapitalının 100% payçısı Samir Xəlilov Əlövsət oğludur. S.Xəlilov 2024-cü ildən etibarən əsas səhmdar olub. İnvestisiya şirkəti bağlanan “MuğanBank”a yaxın şirkətlərdən biri idi.
Nara
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025