Redaktor
Metrolara ən yaxın biznes mərkəzləri - SİYAHI
Ofis seçimi zamanı diqqət edilən nüanslardan biri də məkanın metroya yaxın olub-olmaması olur. İş yerinin metroların yaxınlığında yerləşməsi həm sahibkarlar, həm də ofis işçiləri üçün strateji üstünlüklər təqdim edir. Metroya yaxın ərazilər işçilər üçün qənaətli və sərfəli yol olmaqla yanaşı gündəlik nəqliyyat yükünü azaldır. Bununla bərabər müştəri axını üçün əlverişli lokasiya yaradır.
Valyuta.az paytaxtın əsas metro stansiyalarına yaxın biznes mərkəzlərini təqdim edir.
28 May metrosu yaxınlığında
Landmark Biznes Mərkəzi - Yüksək səviyyəli ofislər, restoranlar, beynəlxalq şirkətlərin əsas ofisləri burada yerləşir. Mərkəzi yerləşmə + 2 metro xəttinin kəsişməsi.
Port Baku Biznes Mərkəzi - 28 May metrosundan bir qədər uzaqda yerləşir. Mərkəzdə bir çox mağaza, restoran, ofis yerləşir.
AF Business House - Nizami 203b ünvanında yerləşən “AF Business House” biznes mərkəzi biznesinizin inkişafı üçün bütün imkanları özündə birləşdirən rahat ofis mühiti təklif edir.
“Aff Mall Biznes Mərkəzi” - Səməd Vurğun 34 ünvanında yerləşən “AF Mall” biznes mərkəzi biznesinizin inkişafı üçün bütün imkanları özündə birləşdirən rahat ofis mühiti təklif edir.
Sahil metrosu yaxınlığında
Bakı Biznes Mərkəzi - Bakıda, Neftçilər prospektində yerləşən biznes və sərgi mərkəzidir.
Xətai metrosu yaxınlığında
Dəmirçi Plaza - Xətai metrosunun yanında (7 m) yerləşən 25 mərtəbəli İş Mərkəzidir. Şirkətin əsas fəaliyyət istiqaməti ofis binalarının inşaatı və onların idarə edilməsidir.
Azure Biznes Mərkəzi - İş mərkəzində ən son texniki avadanlıqla təchiz olunmuş 200 ofis, konfrans zalları, iclas üçün otaqlar, kafe və restoranlar, xidmət otaqları yerləşir.
AGA Biznes Mərkəzi - Biznesdə uğur qazanmaq istəyən sahibkar insanlar üçün ideal şəraiti olan yüksək keyfiyyətli xidmət mərkəzidir. Müasir dizaynla istənilən ölçüdə ofislər mövcuddur.
Rusel Plaza Biznes Mərkəzi - Xətai rayonu, Babək prospekti 10e ünvanından yerləşən 13 mərtəbəli biznes mərkəzidir.
Babək Plaza Biznes Mərkəzi - Xətai metrosuna yaxın bina Babək prospektində yerləşir.
Koroğlu metrosu yaxınlığında
Sport Plaza - Sport Plaza Hotel & Apartments” şəhərimizin sürətlə inkişaf edən ərazisində, Koroğlu metro stansiyasının yaxınlığında yerləşir. Sizə geniş və işıqlı otel otaqları ilə yanaşı, ofis mənzilləri də təklif edir.
İçəri Şəhər metrosu yaxınlığında
Dalğa Plaza - “Dalğa Plaza” unikal memarlıq strukturu, müasir üslublu daxili dizaynı, işıqlı məkanın təkrarsızlığı ilə işgüzar əhval-ruhiyyə yaradır. Dəniz mənzərəsinin bəxş etdiyi rahatlıq hissi ilə müasir dizaynın yaratdığı iş mühitinin vəhdəti “Dalğa Plaza”nı təkrarolunmaz biznes mərkəzinə çevirir.
Sahil Plaza Biznes Mərkəzi - Paytaxtın simvollarından olan Funikulyorun və Bəhram Gur heykəlinin, həmçinin Xalça Muzeyi və Muğam Mərkəzinin yaxınlığında yerləşən “Sahil Plaza” möhtəşəm fasadı və əsrarəngiz foyesi ilə elə ilk baxışdan insanı heyran edir. Arxitekturasının möhtəşəmliyindən əlavə, müasir tələblərə cavab verən iş mühitini özündə əks etdirməsi bu biznes mərkəzinin özünəməxsusluğuna əlavə dəyər qatır.
Nizami metrosu yaxınlığında
Caspian Plaza - Bakının ən tanınmış biznes komplekslərindən biri. Şirkətlərin, tədris mərkəzlərinin və maliyyə qurumlarının sıx toplandığı yer.
Winter Plaza Biznes Mərkəzi - Bina Dilarə Əliyeva küçəsində yerləşir. Winter Park Plaza ən son texnologiya ilə təchiz olunub və bütün Beynəlxalq Təhlükəsizlik standartlara cavab verir.
City Point Baku Biznes Mərkəzi - Biznes Mərkəzi müasir memarlıq xüsusiyyətləri, restoran və kafe xidmətləri ilə təchiz olunmuş "City Point" 14 mərtəbədə yerləşən geniş imkanlı ofislərə malik, 80 kv.m-dən yuxarı sahəsi olan yeni fərqli bir binadır.
Tənzilə
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025