Mərkəzi Bank “Azəridmanservis”ə protokol yazdı, məhkəmə icraata xitam verdi

Redaktor

12.05.2025 16:36
208

Mərkəzi Bank “Azəridmanservis”ə protokol yazdı, məhkəmə icraata xitam verdi

Mərkəzi Bank “Azəridmanservis” MMC-ni inzibati məsuliyyətə cəlb edib. 

Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib edib. 

Aydın olub ki, şirkət 626 090,93 ABŞ dollarını xaricə köçürüb, 2 il müddət keçməsinə baxmayaraq, 450 776,94 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməyib və beləliklə, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb. 

İşə Nərimanov Rayon Məhkəməsində baxılıb. 

“Azəridmanservis” MMC-nin nümayəndələri məhkəmədə bildiriblər ki, protokolda qeyd olunan qalıq qalan 450 776,94 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal edilib və valyuta vəsaiti geri qaytarılıb.

Həmçinin məlum olub ki, şirkətin hesabından köçürülən avans ödənişi yük gömrük bəyannamələri ilə tam bəyan edilib.

Bu baxımdan, hakim Hafiz Kamranov “Azərdmanservis” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verib.

“Azəridmanservis” “TOPAZ” mərc oyunlarına nəzarəti həyata keçirir.

Hüseyn

Mərkəzi Bank “Azəridmanservis”ə protokol yazdı, məhkəmə icraata xitam verdi

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO

09.12.2025

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı

09.12.2025

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?

09.12.2025

Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib

09.12.2025

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq

09.12.2025

İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu

09.12.2025

"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb

09.12.2025

Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu

09.12.2025

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir

09.12.2025

ABŞ bu il 85 min vizanı ləğv edib

09.12.2025

Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?

09.12.2025

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

09.12.2025

Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur

09.12.2025

İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir

09.12.2025

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

09.12.2025

Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

09.12.2025
Borcları idarəolunan şəkildə necə ödəmək olar?

Borcları idarəolunan şəkildə necə ödəmək olar?

09.12.2025

Bu dövlət işçilərinin əsgərliyə getmələri məcburi olacaq

09.12.2025

"PAŞA Sığorta”ya yeni təyinat olub

09.12.2025

Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

09.12.2025

Məzənnə

Yüklənir...