Redaktor
Məhkəmə bu vəzifəli şəxslər barəsində qərar verəcək
Qəbələ, Salyan, Quba, Xaçmaz, Siyəzən və İmişli rayonlarında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Valyuta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, araşdırmalar zamanı Qəbələ şəhəri ərazisində “Qəbələ Konserv Zavodu” MMC-nin vəzifəli şəxsi tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması, “S.A.T.İnvest” MMC-nin fəaliyyəti zamanı tullantıların qalaqlanması və yandırılması nəticəsində ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, həmçinin “Az-İnşaat” MMC tərəfindən Quba rayonu ərazisində, vəzifəli şəxs “SND Group” MMC-nin direktoru Qasımov Elvin Səxavət oğlu tərəfindən İmişli rayonu Çahar kəndi ərazisində qanunsuz olaraq qum-çınqıl qarışığının götürülərək yerin təkindən qanunsuz istifadə edilməsi, Siyəzən rayonunda “MMZ” MMC-nin, Xaçmaz rayonunda “Elfaro” MMC-nin fəaliyyəti zamanı ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228 (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə), 233.1 (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması), 264.0.1 (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi) və 271-ci (tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı şəhərinin Xəzər və Nərimanov rayon məhkəmələrinə göndərilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025