Redaktor
“Yelo Bank”ın ümidsiz kreditləri 17 milyon manatdan çoxdur - 4,2 faizlik azalma
2024-cü ilin yanvar-sentyabr aylarında “Yelo Bank” müştərilərə 897 milyon 898 min manat kredit verib.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 17,4 % çoxdur. 2023-cü ilin sonunda bank müştərilərə 764 milyon 309 min manat kredit verib.
Bu ilin hesabat dövründə bankda vaxtı keçmiş kreditlərin həcmi 25 milyon 753 min manat təşkil edib. Bu il vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 2,8 % təşkil edib. Bankın bu il vaxtı keçmiş kreditlərinin həcmi 2023-cü ilin sonu ilə müqayisədə 4,9 % çoxdur. 2023-cü ilin sonunda "Yelo Bank"ın vaxtı keçmiş kreditlərin həcmi 24 milyon 531 min manat təşkil edib.
Bankın standart kreditlərin həcmi 852 milyon 710 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 16,8 % çoxdur. Standart kreditlərin ümumi kredit portfelində payı 94,9 % təşkil edib.
Bu ilin hesabat dövründə bankın qeyri-qənaətbəxş kreditlərinin həcmi 3 milyon 987 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 15 % və ya 523 min manat çoxdur.
“Yelo Bank”ın təhlükəli kreditlərinin həcmi 2 milyon 26 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 52,4 % və ya 697 min manat çoxdur.
“Yelo Bank”ın ümidsiz kreditlərinin həcmi 17 milyon 595 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 4,2% və ya 786 min manat azdır.
Nara
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBrendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025