Redaktor
Roma yazılarını təhlil edən süni intellekt modeli təqdim edildi
"Google" Roma dövrünə aid yazıların tarixini, məzmununu və coğrafi mənşəyini analiz etməyə kömək edən "Aeneas" adlı ilk süni intellekt modelini təqdim edib.
Valyuta.az xəbər verir ki, model xüsusilə natamam və zədələnmiş yazıtlarla işləyən tarixçilərin işini asanlaşdıracaq.
"Aeneas" mətnlə yanaşı yazıtların görüntülərini də təhlil edir və boşluqları doldura bilir. 10 simvola qədər olan natamam hissələrdə dəqiqlik faizi 73-ə çatır.
Məlumata görə, layihə "Google"un "Nottingham Universiteti" və digər akademik tərəfdaşlarla əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Modelin əsasını 176 mindən çox Latınca yazıtın toplandığı verilənlər bazası təşkil edir.
Model məşhur Res Gestae Divi Augusti yazıtı üzərində test edilərək mətnin iki fərqli dövrə — e.ə. 10–1 və eramızın 10–20-ci illərinə aid ola biləcəyini göstərib. Bu yanaşma tarixçilərə müxtəlif ehtimalları rəqəmsal əsaslarla qiymətləndirməyə imkan verir.
Aeneas modeli "predictingthepast.com" saytı vasitəsilə tədqiqatçılar və təhsilçilər üçün açıq istifadəyə verilib. Kodlar və məlumat bazası da açıq mənbə kimi təqdim olunub.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025