Redaktor
“Gəlin əvvəl rüşvət verənləri dindirək, görək indiyə kimi necə kənarda qalıblar?”
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və digər iki zabitin məhkəmə istintaqı başlayıb.
Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda əvvəlcə vəsatət qaldırılıb.
Vəsatətlərdən biri təqsirləndirilən zabitin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərinin yanında oturmasına icazə verilməsi ilə bağlıdır.
R.Şükürovun vəkili Ceyhun Yusifovun sözlərinə görə, müvəkkili ciddi əməliyyat keçirib. Bu səbəbdən eşitmə qabiliyyəti zəifləyib. Ən əsası isə şəxsin səmərəli hüquqi yardım almaq hüququ var.
Vəsatət əsaslı hesab edilib. Təqsirləndirilən şəxs şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında əyləşib.
İclasın davamında prokuror ittiham aktını elan edib. Ramin Şükürov və digərləri bir neçə çağırışçını rüşvət müqabilində xidmətdən yayındırmaqda təqsirləndirilib. Xidmətdən yayındırılan çağırışçılardan birinin heç bir xəstəliyi olmayıb, başqa bir çağırışçı isə rüşvət müqabilində cüzi skolioz xəstəliyinə görə “neqodnı” bileti alıb.
İstintaq materiallarından görünür ki, Ramin Şükürova daha əvvəl işlədiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsindəki qanun pozuntusuna görə də ittiham verilib.
Xəzər Rayon İdarəsinin rəisi Şükürov Ramin Aydın oğlu, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Əzimov Xalid Valik oğlu və zabiti Nəbiyev Emil Ramiz oğluna qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.
Təqsirləndirilən şəxslər üçü də özünü təqsirli bilməyib.
Məhkəmə istintaqının aparılması qaydası müəyyən edilərkən məlum olub ki, Ramin Şükürov ev dustaqlığında mühakimə edilən digər iki müttəhimin ifadələri əsasında həbs edilib. Bundan başqa, rüşvət verən şəxslər barəsində də cinayət işi başlanılıb. Vəkillər əvvəlcə həmin şahidlərin dindirilməsini təklif edib.
“Bu ittiham iki müttəhimin üçüncüyə qarşı ifadələri əsasında tərtib olunub. Amma indi bunlar heç biri özlərini təqsirli bilmir. Onları dindirmədən işin araşdırılmasına başlamaq qaranlıqda işıq axtarmaq kimidir. Rüşvət verənlər yoxdur, alanlar var. Gəlin əvvəl rüşvət verənləri dindirək, görək bu vaxta kimi onlar necə kənarda qalıblar?”, - vəkillər deyiblər.
Fikrət Əliyevin sədrlik etdiyi məhkəmə tərkibi bu dəfə də vəkillərlə razılaşıb. Şahidlərin iştirakını təmin etmək üçün proses sentyabrın 1-nə kimi təxirə salınıb.
Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025