Redaktor
“Bitcoin”dən istifadənin mənfi tərəfləri
“Bitcoin” 3 yanvar 2009-cu ildə istifadəyə verilmiş və heç bir mərkəzi bank və ya rəsmi təşkilatla əlaqəli olmayan rəqəmsal valyutadır.
Eksperimental bir araşdırma olaraq başlayan sistem gündən-günə böyüyərək valyuta məzənnələri ilə rəqabət aparmağa başlayıb. Bitcoinin fiziki ekvivalenti yoxdur.
“Bitcoin”in mənfi cəhətləri nələrdir?
“Bitcoin”lər izlənilmədiyi üçün müxtəlif cinayətlər törədilə bilər. Qanunsuz maddələrin satışı üçün də mühit yaradıla bilər. Bəzi hökumətlərin “Bitcoin”ləri valyuta kimi qəbul etməməsinin yeganə səbəbi budur. Başqa bir dezavantaj itirməyin asan olmasıdır. Məsələn, kredit kartı itirildikdə və ya bank hesabları başqası tərəfindən ələ keçirildikdə banka zəng etməklə vəziyyətdən xilas olmaq olar. Eyni şey “Bitcoin”ə aid deyil. Bu riskdən qaçmağın ən yaxşı yolu pul kisəsini internet bağlantısı olmadan sabit disklərdə saxlamaqdır.
Bundan əlavə, “Bitcoin” alqı-satqısı kompüterdən istifadə ilə çox tanış olmayan insanlar üçün olduqca çətindir. “Bitcoin” almaq və ya satmaq üçün bir çox mübadilə var. Onlardan birinə üzv olmaqla “Bitcoin” ala bilərsiniz. Məsələn, dünyanın ən etibarlı birjalarından biri olan “Binance”də alış-veriş edə bilərsiniz.
“Bitcoin” köçürmələrində göndərici və alıcının şəxsiyyət məlumatları məxfi saxlanılır. Bu səbəbdən də hər cür qeyri-qanuni pul köçürmələrinə səbəb ola bilər.
“Bitcoin”lərin ödəniş sistemi kimi istifadə olunduğu yerlər çox deyil. Buna görə də, bu kriptovalyutadan istifadə edərək gündəlik alış-verişlərinizi ödəmək sizin üçün çətin olacaq.
İnsanlar “Bitcoin”in dəyər cədvəlinə baxanda hər kəs investisiya etməyi düşünür. Bununla belə, “Bitcoin” dəyərinin düşmə riski də kifayət qədər yüksəkdir. Normal əmtəə birjalarında risk daha yüksək olduğu halda kriptovalyuta birjasında bu risk ən azı 5 dəfə yüksəkdir. Bu səbəbdən sərmayə qoyarkən geniş araşdırma aparmalı, ən son xəbərləri izləməli və investisiyalarınızı buna uyğun formalaşdırmalısınız. İnvestisiyalar balanslı və nizamlı şəkildə aparılmalıdır. İtirməkdən üzülməyəcəyiniz kiçik pullarla investisiya etmək faydalıdır. Çox sürətlə qalxıb pul qazana bilsə də, sürətlə düşərək pul itkisinə səbəb ola bilər.
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025