“Azpulmat” və “Manato”dan götürülən kreditin üzərində nə qədər pul ödənilir?

Redaktor

11.07.2024 12:46
12,675

“Azpulmat” və “Manato”dan götürülən kreditin üzərində nə qədər pul ödənilir?

Son zamanlar “Azpulmat” və “Manato” kimi saytlardan istifadə edənlərin sayı artıb. Bu kimi kredit verən şəbəkələrdən istifadə edənlərin sayının çoxalması kredit götürmənin asanlığı ilə bağlıdır. Belə ki, bu şəbəkələrdən kredit götürmək az zaman alır və məbləğ kart hesabına yönləndirilir.

Bəs bu şəbəkələrdən götürülən kreditin üzərində nə qədər pul ödənilir?

Valyuta.az xəbər verir ki, “Azpulmat”dan kredit götürmək istəyən şəxslər ilk dəfə istifadə edən zaman 20 manat məbləğində kredit götürə bilərlər. Bu kreditə 10 gün üçün 1,9 manat, 21 gün üçün 3,99 manat əlavə pul ödəməli olurlar. Növbəti mərhələlərdə götürə biləcəyimiz kreditin məbləği artır. Belə ki, 50 manat məbləğ üçün əlavə ödənilməli olan məbləğ 10 günə 8 manat, 21 günə 16,8 manat təşkil edir. Kredit götürülən məbləğ 100 manat olarsa, əlavə ödənilməli olan məbləğ 10 gün üçün 16 manat, 21 gün üçün 33,6 manat təşkil edir. Verilən kreditin maksimum həddi 600 manatdır ki, burada da geri ödənilməli olan əlavə məbləğ 10 gün üçün 60 manat, 21 gün üçün 126 manat təşkil edir. Kreditin ödənilməsində son tarix kredit verilən gündən etibarən 21 gün müddətində hesablanır.

“Manato” vasitəsilə kredit götürən şəxslər ilk istifadə zamanı 50 manat kredit götürə bilərlər. 50 manat kredit götürən şəxslər bu krediti 30 gün müddətində geri qaytara bilərlər. 30 gündən sonra ödənilməli olan əlavə məbləğ 10,5 manat təşkil edir. Kredit götürülən məbləğ 100 manat olarsa, 30 gündən sonra ödənilməli olan əlavə məbləğ 21 manat təşkil edir. Bu platformadan da təkrar istifadə olunan zaman kredit götürülən məbləğ artır. Belə ki, istifadəçi maksimum 1 500 manat kredit götürə bilər ki, 30 gün sonra ödənilməli olan əlavə məbləğ 315 manat təşkil edəcək. Kreditin ödənilməsində son tarix kredit verilən gündən etibarən 30 gün müddətində hesablanır.

Əvəz Həsənov
 

“Azpulmat” və “Manato”dan götürülən kreditin üzərində nə qədər pul ödənilir?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mübahisəsiz lider: Dünyanın ən populyar avtomobili müəyyən edildi - TOP-10

08.12.2025

Vəfat edən şəxsin pensiyasını almaq üçün bilməli olduğumuz ŞƏRTLƏR

08.12.2025

"Google" süni intellekt sahəsində inqilaba aparan əsas şərti açıqladı

08.12.2025

Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı

08.12.2025

"Embawood" şirkətinə yeni baş direktor təyin edilib

08.12.2025

Tərk edilmiş milyonluq mülklər

08.12.2025

"Relax"ın yenə borcu yarandı

08.12.2025

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025

Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub

08.12.2025

Şirkət 8 milyard qiymətləndirmə ilə 330 milyon dollar investisiya alıb

08.12.2025

1 ili tamam olmamış ləğv olundu

08.12.2025

“300 milyon istifadəçiyə çatdıq” - Hər gün “Binance”a 180 min insan qoşulur

08.12.2025

24 yaşlı startapçı "Meta"nın ən yaxşı süni intellekt mütəxəssislərini "oğurlayır"

08.12.2025

"nivo" lüks geyim kirayəsini təqdim edən "UnoMoi"ni satın aldı

08.12.2025

Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?

08.12.2025

Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı

08.12.2025

Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR

08.12.2025

Səssiz şəkildə işçiləri tükəndirən hallar var

08.12.2025

Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb

08.12.2025

İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi

08.12.2025

Məzənnə

Yüklənir...