Redaktor
“Azərpoçt”un sədr əvəzi külli miqdarda cərimələndi
Mərkəzi Bank “Azərpoçt” MMC-də tematik yoxlamalar aparıb.
Valyuta.az-ın məlumatına görə, 2022 - 2024-cü il tarixləri arasındakı dövrü əhatə edən yoxlamalar zamanı MMC-də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar olunub.
Qanun pozuntuları ilə əlaqədar Mərkəzi Bank tərəfindən inzibati araşdırma başlanılmış, MMC-nin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil edilib. “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini müvaəqqəti icra edən İsi Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə, “Azərpoçt” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə təqsirli bilinərək hər bir müştəriyə və əməliyyata görə 20 min, İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsi nəzərə alınmaqla cəmi 50 min manat məbləğində inzibati cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə görə maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025