“Azərbaycan kənd təsərrüfatı məhsulları Avropa standartına cavab vermir" - Ekspert

Redaktor

21.04.2025 21:10
367

“Azərbaycan kənd təsərrüfatı məhsulları Avropa standartına cavab vermir" - Ekspert

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, xüsusilə də kənd təsərrüfatının da inkişafında müəyyən mərhələlərə yol açıb. Kənd təsərrüfatının ölkənin daxili bazarını təmin etməklə yanaşı, xarici bazara da çıxış potensialı yüksək qiymətləndirilir. Buna səbəb iqlim və torpaq xüsusiyyətləri geniş, məhsul çeşidliliyi və mövsümi üstünlüklərinin olmasıdır. Bütün bu imkanların fonunda Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını artırmaq üçün hansı bazarlara yönəlməli və bu istiqamətdə hansı işlər görülməlidir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, bunun üçün ilk olaraq ölkədə kənd təsərrüfatını inkişaf etdirməli, məhsul bolluğuna nail olunmalıdır: “Azərbaycanda kənd təsərrüfatı mənşəli ərzaq məhsullarına olan yerli tələbatın 50 faizindən çoxu bu gün idxal hesabına qarşılanır. Belə bir şəraitdə kənd təsərrüfatı məhsullarının ixracı barədə düşünmək absurddur. Amma ola bilər ki, kənd təsrrüfatında ayrı-ayrı sahələr inkişaf edir. Məsələn, yay aylarında çıxan bostan tərəvəz bitkilərinin istehsalı digər kənd təsərrüfatı məhsullarına nisbətən çoxdur. Belə olan halda digər məhsulların yetişdirilməsinə diqqət etməli, orqanik məhsullar yetişdirməyə nail olmalıyıq.  Fermerlərlə maarifləndirici işlər görməliyik”.

Məhsullarımızın avropa bazarına çıxması üçün…

Ekspert deyir ki, hazırda Avropa bazarlarında məhsulların keyfiyyəti ilə bağlı tələblər var: “Azərbaycan pomidorunu Rusiya bazarı qəbul etməyəndə biz başqa bazar axtarmırıq. Əvvəllər Avropa bazarları alternativ bazarlar idi. Ancaq indi həmin bazarlarda bu məhsullara yüksək keyfiyyət tələbatı var. Lakin hazırda Azərbaycanda istehsal edilən məhsulların o standartlara cavab verməsi müşkül məsələdir. Buna baxmayaraq, bu bazarlara çıxmaq istəyiriksə, aqrotexniki qaydalara əməl etmək çətin deyil. Məhsulun tərkibində nitratı lazımi səviyyədə saxlayıb, orqanik gübrələrlə qidalandırmaq lazımdır ki, həmin məhsullar dünya standartlarına uyğun gəlsin”. 

“Yüksək məhsuldarlıq” insan sağlamlığına ziyandır

Akif Nəsirli əlavə edib ki, bu bitkilərə vurulan gübrələr insan orqanizmi üçün də ziyanlıdır: “Azərbaycanda meyvə və tərəvəzləri azotla şişirdib “yüksək məhsuldarlığa nail olmaq” çox populyarlaşıb. Məsələn, hazırda istixanalarda yetişdirlən xiyarın ikisini bir adam dalbadal yeyə bilməz. Çünki tərkibində azot çox olduğuna görə həzm sistemini pozar. Yay vaxtı yemişə, qarpıza o qədər azot vururlar ki, tez-tez zəhərlənmələr olur. Hətta zəhərlənmələr olmasa da belə qarpızı yeyəndə narahatlıq halları bir çox adamda olur. Buna səbəb qarpızın tərkibində azotun miqdarının normadan 2 dəfədən çox olmasıdır”.

Günay

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Məzənnə

Yüklənir...