“Kontak Home”un Hökumət Ödəniş Portalında nə işi var? - <span style="color: #ff0000;">MÜƏMMA</span>

Redaktor

20.10.2022 14:13
601

“Kontak Home”un Hökumət Ödəniş Portalında nə işi var? - MÜƏMMA

Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılan Hökumət Ödəniş Portalı (HÖP) adlı saytda özəl şirkət olan “Kontak Home” mağazalar şəbəkəsinin də adı yer alıb.

Yeniavaz.com xəbər verir ki, Azərbaycanda pərəkandə ticarət sektorunda çoxsaylı mağazalar şəbəkəsi fəaliyyət göstərir. Lakin, çox maraqlıdır ki, Hökumət Ödəniş Portalında yalnız “Kontak Home”a olan ödənişlər üçün imkan yaradılıb.

Hazırda Hökumət Ödəniş Portalı-nın “Kredit” bölməsində 4 qurumun adı yer alıb. Onlardan 3-ü dövlət qurumu, 1-i isə “Kontak Home”dir.

“Kontak Home”nin hansı səbəblərdən Hökumət Ödəniş Portalına daxil edildiyini öyrənmək üçün Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Məlumat üçün bildirək ki, “Kontakt Home” mağazalar şəbəkəsi “ABC-TELECOM” MMC-yə məxsusdur.  “ABC-TELECOM” MMC (VÖEN- 1401005061) 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-yə 2020-ci ilə qədər millət vəkili Elnur Allahverdiyev rəhbərlik edib.

Onu da bildirək ki, “Kontakt Home” Çin istehsalı olan “Hoffmann” adlı məhsulları uzun illər müştərilərə məşhur Almaniya brendi kimi satıb. Yalnız 15.11.2021-ci il tarixində Yeniavaz.com saytında bu barədə yazı yayımlandıqdan sonra “Kontakt Home” mağazalar şəbəkəsinin rəsmi veb-saytında “Hoffmann” adlı məhsulların tanıtımında istifadə olunan "Almaniya brendi", "Almaniya istehsalı" kimi ifadələr silinib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...