Redaktor
Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir
Azərbaycanda gündəlik olaraq uşaqların 75 faizi internetdən istifadə edir.
Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı sorğu nəticəsində üzə çıxıb.
Komitənin şöbə müdiri Elgün Səfərov "Uşaqların kibermühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət" mövzusunda keçirilən dəyirmi masada bildirib ki, respondentlərin 67 faizi valideynlərin internetlə bağlı uşaqlara heç bir məhdudiyyət qoymadığını bildirib:
"Uşaqların 45 faizdən çoxu gündə 5 saatdan çox internetdən istifadə edir. Bu, ciddi rəqəmdir. Uşaqlar xüsusilə sosial şəbəkələr vasitəsilə zərərli informasiyaların, hətta insan alverinin qurbanına çevrilə bilərlər".
O qeyd edib ki, bəzi özəl şirkətlər yetkinlik yaşına çatmayan şəxsləri onlayn kazinolara və s. cəlb edirlər. Beləliklə, onların vasitəsilə insanların bank kartlarına müdaxilə edirlər.
"Hətta bəzi banklar 7-8 yaşlı uşaqların adına bank kartlarının açılması ilə bağlı xidmətlər təklif edirlər. Biz komitə olaraq müraciət edəcəyik ki, Azərbaycandakı kommersiya bankları 14 yaşından aşağı uşaqlar üçün maliyyə hesabları aça bilməsinlər. Bu, qanunvericiliklə tənzimlənməlidir.
Nəzərə almalıyiq ki, insan alveri ilə bağlı yeni vasitələrdən istifadə etməklə törədilən cinayətlər qapıdadır. Bu, vacib siqnaldır. Uşaqlar sosial şəbəkələr vasitəsilə Azərbaycan dilində məlumatlar ala bilmirlər. Bununla bağlı, hesab edirəm ki, qeyri-hökumət təşkilatları da iş aparmalıdırlar".
©Report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025