Kitab çap etdirmək neçəyə başa gəlir?

Redaktor

05.12.2023 14:34
5,869

Kitab çap etdirmək neçəyə başa gəlir?

Azərbaycanda kitabların qiyməti nisbətən bahadır. Buna səbəb olaraq bildirilir ki, hazırda kağızların qiymətində artım var və Azərbaycana da kağızlar xaricdən gətirilir. Düzdür, kitab çapının qiyməti tək kağız deyil, müxtəlif faktorlardan formalaşır. 

Maraqlıdır, Azərbaycanda kitab çap etdirmək neçəyə başa gəlir?

“Mücrü” nəşriyyatının təsisçisi, yazıçı-naşir Müşfiq Xan Valyuta.az-a bildirdi ki, kitab çap prosesi zamanı bir neçə mərhələdən keçir: “Kitabın nəşrinə hazırlıq prosesi, yəni kitabın redaktəsi, səhifələnməsi, cildinin dizaynından sonra kitabın çap prosesi və satış prosesi olur”.

Kitab çapında qiymətlər sabit olmasa da, Müşfiq bəy ortalama nə qədər məbləğə ehtiyacınız olduğunu bildirdi: “300 manata da kitab çap etdirə bilərsiniz, elə kitab layihələri də ola bilər ki, çap qiyməti 30 000 də ola bilər. Ümumilikdə isə içi ağ-qara olan, 100 səhifəlik kitabın 100 ədəd çap xərci 330-350 manat arası dəyişir”.

Müşfiq bəy deyir ki, çap qiymətindən əlavə, redaktə, korrektor, dizayn üçün də ödənişlər edilir: 

“Redaktə səhifə sayından və işarə sayından hesablanır. 2000 işarə bir səhifə hesab olunur. Ana dili orijinal azərbaycanca olan müəllifin mətnlərinin redaktəsi daha asan və rahatdır deyə nisbətən ucuz olur. Amma tərcümə mətnlərinin redaktəsi zəhmətli və daha çətin işdir. Redaktənin qiyməti 1 səhifəyə görə 3 manatdan başlayaraq, 5-6 manata qədər ola bilər. Korrektə isə bir səhifəyə görə təqribən 50 qəpik civarı ilə hesablanır. Kitabın üz qabığı dizaynına gəldikdə isə, müəllifin istəyinə uyğun qrafik dizaynerin hazırladığı minimum sadə dizaynlar 90 manatdan 200 manat arasında dəyişə bilər”.

Minimum qiymətlərlə hesablasaq, 100 səhifəlik kitabın hər şey daxil qiyməti minimum 800 manat olacaq.

Müşfiq Xan bildirdi ki, tiraj çox olanda, bir kitabın çap xərci də azalmış olur: “Kitabın qiymətinə təsir edən əsas məqamlardan biri də onun tirajıdır. Tiraj artdıqca uyğun olaraq bir ədəd kitabın qiyməti də azalır. Azərbaycanda ortalama real tiraj bədii kitablarda təxmini 500 nəzərdə tutmaq olar. Daha az tirajla da kitab çıxarırlar. Kitabın çap qiyməti həm də çap zamanı istifadə olunan materiallardan da asılıdır. Kağızın qalınlığı, hansı kağız olması, kitabın yumşaq və ya bərk cildlə çap olunması, ağ-qara, yoxsa rəngli olması da çap qiymətinə təsir edir. Amma yenə də ən çox təsir edən tirajıdır”. 

Nuray

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...