Redaktor
Kəskin hava şəraiti fermerlərə ZİYAN VURDU: "10 min manat maya qoymuşdum"
Son günlər ölkə ərazisində, o cümlədən şimal-qərb bölgəsində davam edən qeyri-sabit hava şəraiti taxılçılıq sahəsinə də mənfi təsir göstərib. Güclü küləklə müşahidə olunan yağış inkişaf etməkdə olan taxıl sahəsini pis vəziyyətə salıb. Bu vəziyyət isə biçin zamanı məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq
Valyuta.az xəbər verir ki, fermer Mustafa Sadıqov narazılığını Baku TV ilə bölüşüb.
"Keçən il doluya görə taxılımız məhv oldu. Bu il də leysan yağışları taxıl sahəsinə ziyan vurub. 10 hektar taxıl əkmişəm, 10 min manat maya qoymuşam. Taxılçılıq sahəsində vəziyyət çox gərgindir, hamımız ziyana işləyirik. Sığortanı harada və necə edəcəyimizi bilmirik", ‒ fermer söyləyib.
Məsələ ilə bağlı Aqrar Sığorta Fondundan bildirilib ki, əkin sahələrini aqrar sığorta vasitəsilə dolu, fırtına, qasırğa, sel suları, güclü leysan yağışları, donvurma kimi risklərdən qorumaq mümkündür:
"Fermerləri çoxsaylı risklərdən qorumaq üçün təsərrüfatlarını sığortalamağa çağırırıq. Sığorta haqqı olduqca azdır. Fermerlər maliyyə çətinliyi yaşamadan təsərrüfatlarını sığortalaya bilərlər".
Ətraflı süjetdə:
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025