Redaktor
İstehlakçı hüquqları necə pozulur? - Əhali ən çox "Kontakt Home"dan şikayətçidir
Son dövrlər müxtəlif insanlar tərəfindən istehlakçı hüquqlarının pozulması halları ilə bağlı şikayətlər artır. İnsanlar bunu müxtəlif səbəblərlə əlaqələndirir. Ölkədə bu sahədə fəaliyyət göstərən dövlət qurumları olsa da, vətəndaşlar iddia edir ki, bir çox hallarda onların müraciətlərinə baxılmır, problemləri həll olunmur.
Ona görə də bir çox şikayətlər həll olunmadan qalır.
Azərbaycanda istehlakçı hüquqları ən çox hansı hallarda pozulur, vətəndaşlar bu hallarda hansı praktiki addımları atmalıdırlar və hüquqlarını qorumaqda hansı çətinliklərlə üzləşirlər?
Valyuta.az-ın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ölkədə bir çox sahədə istehlakçı hüquqları pozulur. Lakin son illərdə istehlakçı hüquqlarını pozan, onları aldadan mürəkkəb texniki cihazlar satan böyük mağaza şəbəkləridir:
"Bu sırada da birinci yerdə “Kontakt Home” mağazalar şəbəkəsi dayanır. Bundan başqa, onlayn ticarət üzərindən belə məhsulların alınmasında da böyük problem var. Xüsusi ilə kreditlə satılan məhsullarla bağlı şikayət və problemlər çoxdur. Əhaliyə adətən kreditlə xarab mal satırlar. Bu da istehlakçı hüquqlarının pozulmasına səbəb olur".
Həmsöhbətimiz bütün bunlara səbəb kimi istehlakçı hüquqları haqqında olan qanunun köhnə və işlək olmamasını göstərib:
"İstehlakçıların hüquqularının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. Həmin vaxtdan bu yana qanun dəyişməyib. Baxmayaraq ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət qurumu bu ilin fevral ayından Prezident İlham Əliyevin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tərkibindən çıxarılaraq Prezidentə tabe olan quruma çevrildi. Lakin komanda köhnədir, onlardan da yeni nəsə gözləmək olmaz. Fevraldan bu yana keçən dövr ərzində də demək olar ki, heç bir iş görməyiblər. Yəni istehlakçı hüquqları bütün dünyada olduğu kimi Azərbaycanda da pozulur".
Eyyub Hüseynov bildirib ki, istehlakçı hüquqlarını qorumaq üçün ilk növbədə onu insan hüquqlarının tərkib hissəsi kimi tanımaq mütləqdir:
"Bu gün ölkədə təəssüflər olsun ki, istehlakçı hüququları insan hüquqlarının tərkib hissəsi kimi tanınmır. 3 mart 2025-ci ildə Ombudsmanın 101 səhifəlik hesabatında bir kəlmə də olsa istehlakçı sözünə rast gəlinmirdi. Mən bununla bağlı iradlarımı bildirmişdim. İstehlakçı hüquqlarının pozulması insan hüquqlarının pozulması kimi nəzərə alınmayana qədər bu problem olacaq. İstehlakçılarla istehlakçı hüquqlarını qoruyan orqanın kommunikasiya imkanları çox zəifdir. Əksər hallarda hüquqları pozulan istehlakçıları məhkəməyə yönəldirlər, bu da istehlakçıları dövlət orqanlarına müraciət etməkdən çəkindirir. İstehlakçıları maarifləndirmək sahəsində müstəsna rolu demək olar ki, media oynayır. Azad İstehlakçılar Birliyinin sədri olaraq istəyirəm ki, ölkədə onlarla belə ictimai təşkilat olsun ki, bəlkə birləşib vəziyyəti dəyişə bilək".
Günay
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025