İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

Redaktor

04.06.2025 13:20
300

İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

İstanbuldan Azərbaycanın bölgələrinə – xüsusilə Naxçıvan və Gəncə şəhərlərinə olan uçuşlar artıq əlçatandır. Dünən isə bu istiqamətdə daha bir mühüm yenilik baş verib: artıq İstanbul–Naxçıvan istiqamətində yeni aviaşirkət olan “AJet” uçuşlara başlayıb.

“AJet” bu marşrut üzrə reysləri həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçirir. İstanbulun Sabiha Gökçen hava limanından saat 05:55-də havaya qalxan təyyarə, Naxçıvana saat 09:05-də enir. Yeni aviaşirkətin bu reysi, qiymətlərə də əhəmiyyətli dərəcədə təsir edib – çünki biletlər 120 manatdan başlayan qiymətlərlə satışa çıxarılıb. Bu da əvvəllər eyni istiqamətdə uçuşları həyata keçirən “Türk Hava Yolları” ilə müqayisədə (300–600 manat aralığında) sərnişinlər üçün daha sərfəli variant yaradır.

Yay mövsümündə İstanbul–Naxçıvan reysləri üzrə qiymət dəyişiklikləri olduqca kəskin dəyişir. İyun ayında biletlər 102 manatdan başlayaraq 1 399 manata qədər yüksəlir. İyulda qiymətlər 102–819 manat, avqustda isə 112–846 manat arasında dəyişib. Sentyabr ayında isə yalnız bir uçuş qeydə alınıb – həmin reys üçün qiymət 121 manat təşkil edir və ayın sonuna təsadüf edir.

Eyni zamanda, İstanbuldan Gəncəyə olan uçuşlarda da oxşar qiymət dəyişiklikləri müşahidə olunur. Bu istiqamətdə reyslərdə iyun ayında qiymətlər 141 manatdan başlayaraq 1 255 manata qədər yüksəlir. İyulda ən ucuz bilet 133 manat, ən bahalı isə 970 manat müəyyən edilib. Avqustda bu aralıq 86–900 manat, sentyabrda isə 85–900 manat arasında dəyişir.

Bu rəqəmlər göstərir ki, yay aylarında bölgələrə olan səfər tələbatı artdıqca, uçuş biletlərinin qiymətləri də kəskin şəkildə yüksəlir. Eyni zamanda, qiymətlərin bu qədər fərqli olması, biletin nə vaxt alındığına və mövsümi sıxlığa birbaşa bağlıdır.

Yeni aviaşirkətlərin bazara daxil olması və marşrutların artırılması sərnişinlər üçün həm daha çox seçim, həm də qiymət baxımından rahatlıq yaradır. Səyahət planlayanlara tövsiyə olunur ki, erkən rezervasiya etsinlər və reysləri mütəmadi izləsinlər ki, daha sərfəli qiymətlərlə bilet əldə edə bilsinlər.

©FED.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...