Redaktor
İşdən çıxarılan işçi yenidən işə çağırılsa, nələri nəzərə almalıdır?
Bəzən elə vəziyyət yaranır ki, işçi öz istəyi olmadan müxtəlif səbəblərdən - struktur dəyişikliyi, ixtisar və ya müvəqqəti qərarlar səbəbilə işdən azad edilir. Amma müəyyən müddətdən sonra eyni müəssisə həmin işçini yenidən işə çağırır. İşdən çıxarılan işçi, təzədən işə çağırılsa, qayıtması düzgündürmü? (öz seçimi olsa belə) Əgər qayıdırsa, nələri nəzərə almalıdır?
Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov Valyuta.az-a bildirib ki, əgər işçi strukturu dəyişikliyi və.s kimi səbəblərdən işdən azad olunub, sonradan işə dəvət olunursa, bunu iş prizmasından müsbət qiymətləndirmək olar: "Yəni, müəssisədə struktur dəyişikliyi müəssisədən asılı olmayan bir haldır. Dövr, zaman, şərait tələb edib, işçi işdən çıxarılıb. Struktur bərpa olunduqdan sonra çağırılırsa, yaxşı işçi olduğu üçün yenidən dəvət olunur. Pis işçi olsa idi, o yenidən dəvət almazdı".
Ekspert deyir ki, işçinin həmin dəvəti qəbul edib etməməsinə isə bir neçə prizmadan baxmaq lazımdır; "Struktur dəyişikliyi ilə bağlı məsələlərin yenidən olma ehtimalı varmı? Problem aradan qalxıbmı? Əməkhaqqı və rəhbərliklə olan münasibətdə bu kimi məslələr dəyərləndirilməlidir. Eyni zamanda sizin başqa bir seçim imkanınız varmı? İnkişaf imkanları və bu kimi məsələlərə baxdıqdan sonra işçi tərəfindən də bu məslələyə müsbət münasibət bildirilə bilər".

N.Xəlilov qeyd etdi ki, bu kimi situasiyaların müsbət və mənfi tərəfini də qiymətləndirmək olar: "Müsbət tərəfi olaraq qeyd edə bilərik ki, əgər iş şəraiti yaxşıdırsa, işçi təbii ki, motivasiyalı çalışacaq, əvvəlki işdən təcrübəsi olduğuna görə, işin keyfiyyətini artıracaq. Həm iş yoldaşları, həm rəhbərliyi, həm də iş prosesini daha yaxşı bildiyi üçün işin keyfiyyətinə müsbət təsir göstərəcək. Mənfi təsiri olaraq, məsələn, işçidə işdən azad olunma səbəbində inciklik, narazılıq varsa, işə müəyyən mənada məcbur olaraq qayıdıbsa, bu da iş prosesinə mənfi təsir göstərəcək".
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBrendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025