Redaktor
"İnvestisiya qoyub pul qazanmaq istəyirsənsə, riski də nəzərə almalısan" - Ekspert
"Pulun oldu bir dərd, olmadı bir dərd. Bank bağlanmasa da, inflyasiya var, bu da pulun dəyərini öldürür".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli vətəndaşların yığım üçün vəsaitlərini daha çox harada qoruması ilə bağlı yaranan sualları cavablandırarkən deyib.
Ekspert hesab edir ki, pul qazananlar onu necə istifadə edəcəyini də hesablayır:
"Əmanətlərin Sığortlanması Fondu və eyni zamanda "Əmanətlərin sığortalanması haqqında qanun" var. Orada göstərilir ki, hər bir vətəndaş banklarda 100 min manata qədər manat resursu, yaxud da valyuta resursu yerləşdirə bilər. Bunlar sığortalanır. Burada faiz şərtləri də var. Manatı 12%, xarici valyutanı 2,5%-ə qədər gəlirliklə hər bankda 100 min manat depozit qoymaq olur. Burada risk yoxdur, ancaq bir aylıq baş ağırısı ola bilər. Müflisləşmə elan olunduqdan sonra pulu qaytarılana qədər vətəndaş öz pulunu götürə bilmir. Bu da normaldır. 100 min manatdan yuxarı hissəsində isə risk var".
Xalid Kərimli qeyd edib ki, investisiya qoyub pul qazanmaq istəyirsənsə, riski də nəzərə almalısan:
"İnvestisiya edilən pulun riski var. İnflyasiya pulun dəyərini yeyir. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, rahat oturum, risksiz də pulum arta-arta getsin, mən də kef edim. Hətta istiqrazların özündə belə risk var. Risksiz nəsə istəyiriksə, bu daşınmaz əmlak, yaxud da torpaq ola bilər. Torpaq ən azı riskdir, uzun müddətli dönəmdə dəyəri artır".
Aylin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025