Redaktor
Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU
Temperamentlər insan xarakterinin təməl xüsusiyyətlərini ifadə edən anlayışdır. İlk dəfə Hippokrat tərəfindən irəli sürülən temperament nəzəriyyəsi insanların dörd əsas qrupa bölünməsini təklif edir: sangvinik, xolerik, melanxolik və flegmatik.
Valyuta.az xəbər verir ki, nəzəriyyə aktuallığını saxlamaqla yanaşı, iş seçimləri ilə də əlaqələndirilir. Hər temperament növü müəyyən güclü tərəflərə və zəifliklərə malikdir ki, bu da fərdlərin müxtəlif iş mühitlərinə uyğunluğunu təyin edə bilər.
Bunu da qeyd edək ki, insanlar müxtəlif temperament xüsusiyyətlərini birləşdirə bilər, bu da onların geniş iş seçimlərinə malik olduğunu göstərir.
Sangviniklər: Enerji və sosiallıq
Çevik, enerjili, ünsiyyətcil, emosional sabit sangviniklərin xüsusiyyətləri arasındadır. Onlar adətən optimist olurlar və çətin situasiyalarda pozitiv münasibətlərini qoruyurlar. Sangviniklər insanlarla sıx ünsiyyət tələb edən işlərə üstünlük verirlər.
Uyğun peşələr:
Satış və marketinq
PR və kommunikasiya mütəxəssisi
Müəllimlik
Turizm və bələdçilik
Media və jurnalistika
Detallara diqqət yetirmək və uzun müddət monoton işlərlə məşğul olmaq sangviniklər üçün çətin ola bilər.
Xoleriklər: Liderlik və təşəbbüskarlıq
Xoleriklər enerjili, iradəli, məqsədli, riskə meyillidirlər. Çətinliklərlə mübarizə aparmağı sevirlər və liderlik xüsusiyyətlərinə malikdirlər.
Xoleriklər daha çox məsuliyyət və liderlik tələb edən işlərə meyilli olduqları üçün onlara uyğun peşələri aşağıdakı kimi sadalaya bilərik:
Menecment və idarəetmə
Sahibkarlıq və startap rəhbərliyi
İT layihə rəhbərliyi
Hüquq və siyasət
Hərbi və polis xidməti
Xoleriklər işlərə həddindən artıq fokuslandıqda, əməkdaşlarla münasibətlərdə bəzən sərt davranırlar.
Melanxoliklər: Analiz və yaradıcılıq
Melanxoliklər detallara böyük diqqət yetirir və yüksək səviyyədə dəqiqlik tələb edən işlərdə üstünlük qazanırlar. Buna əsasən də, həssaslıq, analitiklik, intizamlı və yaradıcı olmaq əsas xüsusiyətləri arasındadır.
Melanxoliklər yaradıcı və analitik sahələrə uyğun peşələrdə uğur qazana bilərlər. Məsələn:
Yazıçı və redaktor
Tədqiqatçı və analitik
İncəsənət (rəssam, musiqiçi, dizayner)
Mühasibatlıq və maliyyə analizi
Memarlıq və mühəndislik
Onlar üçün təhlükəli situasiya isə tez motivasiyalarını itirməkləri və risk almaqdan çəkinməkdir.
Flegmatiklər: Sabitlik və təşkilatçılıq
Flegmatiklər sakit, təmkinli, səbirli, əməkdaşlıq etməyi sevəndirlər. Bu temperamentə aid insanlar konfliktlərdən uzaq durmağa və harmoniya yaratmağa meyillidirlər.
Flegmatiklər sabitlik və komanda işi tələb edən peşələrdə parladıqları üçün onlara uyğun peşələri isə aşağıdakı kimi sadalaya bilərik:
İnsan resursları mütəxəssisi
Müştəri xidməti
Psixoloq və sosial işçi
Tibb işçisi (həkim, tibb bacısı)
Müəllimlik və təlimçilik
Passivlik və təşəbbüskarlıqdan uzaq qalmaq onların zəif tərəfi ola bilər.
Maya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025