Redaktor
Çində böyük "kriptovalyuta böhranı" - Dövlət məmuru ömürlük həbs edildi
Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çində kripto pullarla bağlı böhran yarandığı iddia olunur.
Valyuta.az xəbər verir ki, Çin hökuməti kimliyi yalnız "Vanq" olaraq açıqlanan bir dövlət məmurunu dövlət sirrlərini xarici agentə satmaqda təqsirli bilib və onu casusluq ittihamı ilə ömürlük həbs cəzasına məhkum edib.
Rəsmi məlumatlara görə, kripto pul yatırımları nəticəsində böyük miqdarda borca düşən Vanq, gizli məlumatlar qarşılığında rəqəmsal valyuta əməliyyatları vasitəsilə bir milyon yuan məbləğindən çox "casus fondu" əldə edib.
Məsələ, maliyyə çətinlikləri içində olan Vanqın yarımştat iş axtarışı üçün onlayn forumda paylaşım etməsi və dövlət məmuru kimi fəaliyyətindən bəhs etməsi ilə başlayıb. Qısa müddət sonra xaricdən bir nəfər ona çalışdığı bölmənin istehsal tapşırıqları və tədqiqat inkişafları haqqında gizli məlumatlar üçün yüksək məbləğdə ödəniş təklif edib. Yüksək təzminat vədi ilə maraqlanan Vanq əvvəlcə tərəddüd etsə də, sonunda məhdud məlumat paylaşmağa razılaşıb. Vaxt keçdikcə yüksək ödənişlərin cazibəsinə qapılaraq daha həssas sənədləri və məlumatları verməyə başlayıb.
Çinin milli təhlükəsizlik orqanları Vanqın fəaliyyətlərini aşkar edib və onun rəqəmsal ödənişlər qarşılığında gizli dövlət sənədləri və çox məxfi məlumatlar ötürdüyünü üzə çıxarıb. Aparılan istintaqın ardından Xalq Məhkəməsi Vanqı ömürlük həbs cəzasına məhkum edib və onu siyasi hüquqlarından daimi məhrum edib.
Hadisə həmçinin Vanqın işlədiyi bölmədə təhlükəsizlik tədbirlərində ciddi boşluqları da üzə çıxarıb. Rəsmi protokola görə, sənədlərin izlənməsi, qeydiyyatı və təhlükəsiz istifadəsi kimi məxfi məlumatların idarə olunması üçün ciddi prosedurlar tələb olunsa da, orqanlar ciddi nəzarət səhvləri aşkar ediblər. Bildirilir ki, Vanqın rəhbəri gizli sənədləri ona lazımi prosedurları izləmədən təhvil verib və Vanqın həssas materialları nəzarətsiz saxlamasına icazə verib. Vanqın ofisində sonradan aparılan axtarışda düzgün saxlanılmayan sənədlər aşkar edilib.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025