İmişli yollarının əvəzedilməz təmirçisi "Orion-E" şirkəti kimindir?

Redaktor

05.12.2024 18:09
373

İmişli yollarının əvəzedilməz təmirçisi "Orion-E" şirkəti kimindir?

İmişli şəhərində avtomobil yollarını yenə də "Orion-E" şirkəti təmir edəcək. 

Valyuta.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hər il İmişli Rayon İcra Hakimiyyətinin yol təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilən "Orion-E" şirkətini bu dəfə də əvəzləyən olmayıb. Yolların təmirinə 582 399,03 manat xərclənəcək. 

Yeri gəlmişkən, İmişli Rayon İcra Hakimiyyətinin cari ilin oktyabr ayında şəhid ailələrinin yaşadığı və şəhidlərin adı verilmiş küçələrdə yolların əsaslı təmiri ilə bağlı tender keçirib. Bu tenderin qalibi "Orion-E" şirkəti seçilib. Şirkətin qiymət təklifi 491 469,71 manat olub. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Orion-E" MMC 10 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 730 030 AZN olan şirkətin hüquqi ünvanı İmişli şəhəri, Ziya Bünyadov küçəsi, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qasımov Mürsəl İsa oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 

Bu sirli şirkət 2023-cü ildə İmişli Rayon İcra Hakimiyyətinin yol təmiri ilə bağlı 583 971,97 manatlıq, 2022-ci ildə 1 149 853, 74 manatlıq tenderlərinin qalibi olub. 

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevdir. O, icra başçısı vəzifəsinə 21 may 2020-ci il tarixdə təyin edilib. Həmin ilin may ayının 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. Əməliyyat nəticəsində Elçin Rzayevin sələfi Vilyam Hacıyev həbs edilib. 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...