Redaktor
İcra başçısı müavinləri ilə bağlı yeni qayda qəbul edildi
Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir.
Valyuta.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçirilir.
Təklif olunan dəyişikliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) qəbul daxili müsahibə əsasında həyata keçiriləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMehdiyevlərə məxsus şirkətdə vətəndaşdan tutulan 31 minlik “xərc”ə görə yalnız bu sənəd verilib - FOTO
09.12.2025Meşə fındığı ixracı 30%-dən çox artıb
09.12.20252026-da yollara çıxacaq ən güclü 5 lüks avtomobil - FOTO
09.12.2025Sabahın hava proqnozu
09.12.2025