<strong>İcbari Tibbi Sığorta 34 ilin işçisinə əmək haqqı vermir: <span style="color: #ff0000;">Tovuzda maaş QALMAQALI</span></strong>

Redaktor

06.08.2021 15:34
837

İcbari Tibbi Sığorta 34 ilin işçisinə əmək haqqı vermir: Tovuzda maaş QALMAQALI

Tovuz rayonunun Əyyublu kəndində fəaliyyət göstərən tibb məntəqəsinin əməkdaşı Sadıqova Almaz Anakişi qızı əmək haqqı ala bilmir.

Valyuta.az xəbər verir ki, bu barədə Hit.az-a Almaz Sadıqovanın qızı Reportyor.info saytının baş redaktoru Arifə Əliyeva bildirib.

Onun sözlərinə görə, anası 34 ildir ki, həmin tibb məntəqəsində tibb bacısı işləyir.

“May ayında anam sertifikasiya imtahanı verib. Lakin imtahandan keçə bilməyib. Sertifikasiya imtahanı ilə bağlı qanunvericiliyə görə, 6 ay müddətində ikinci dəfə imtahan vermək mümkündür. Bu müddət ərzində isə həmin şəxsin əmək haqqı ödənilir. Lakin anam may ayından bu yana əmək haqqını ala bilmir”, - deyə jurnalist əlavə edib.

Onun sözlərinə görə, tibb məntəqəsindən anasına bildirilib ki, artıq o əmək haqqını İcbari Tibbi Sığortadan istəməlidir:

“Həmin qurum isə heç bir səbəb göstərmədən anamın maaşını verə bilmir. Yeri gəlmişkən, anam 5 il əvvəl də sertifakisya imtahanı verib. Həmin vaxt birinci imtahandan kəsilib, ikinci dəfə imtahan verib və keçib. Bu müddət ərzində anamın əmək haqqı ödənilib. Amma bu dəfə bildirirlər ki, əmək haqqını İcbari Tibbi Slğorta ödəməlidir.Anam ağır şəkər xəstəsidir. Həm imtahana hazırlaşmalı, həm də müalicəsini davam etdirməlidir. Əmək haqqını ala bilmədiyinə görə bunları etməyə imkanı yoxdur”.  

Arifə Əliyeva hesab edir ki, bu, sadəcə anasının halal maaşını mənimsəmək cəhdidir.

“Bu ölkə qanunlarla idarə olunur. Qanunvericilikdə də aydın şəkildə göstərilib ki, maaş ödənməlidir. Digər tərəfdən, anamla bağlanan əmək müqaviləsinə xitam verilməyib. Yəni, anam faktiki olaraq Əyyublu kənd tibb məntəqəsinin işçisidir. Yaxşı, bəs onda niyə əmək haqqı ala bilmir? Bəlkə qanunlar dəyişib və artıq dövlət qurumlarının əməkdaşları havayı işləməlidir?! Belədirsə, desinlər bilək”, - deyə jurnalist vurğulayıb.

Baş redaktor məsələ ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyi düşünür:

“Anamın təqaüdə çıxmağına çox az vaxt qalıb. Əvvəla, bir neçə ildən sonra təqaüdə çıxacaq 34 ilin işçisindən imtahan götürmək başa düşülən deyil. İkincisi, qeyd etdiyimi İcbari Tibbi Sığorta faktiki olaraq qanunsuzluq edir. Hər halda Tovuz Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi məsuliyyəti bu qurumum üstünə atır. Ona görə də düşünürəm ki, məsələnin nəzarətə götürülməsi və özbaşınalığa son qoyulması üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etməyi düşünürəm. Paralel olaraq müvafiq qurumları məhkəməyə verəcəm”.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...