Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Redaktor

28.11.2024 16:14
297

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Azərbaycanda 2025-ci il yanvarın 1-dən günəş panelləri gömrük resurslarından azad olunacaq.

“Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişikliyə görə, dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilir.

Ekspertlərin sözlərinə görə, günəş panellərinin gömrük rüsumundan azad olması  bu sahədə canlanmaya səbəb olacaq. Xüsusi ilə bu qərardan sonra isə günəş panelləri artıq məişətə ayaq açacaq. İnsanlar öz evlərinin damlarında günəş panellərini daha münasib qiymətə quraşdırmaq imkanı əldə edəcək. 

Bəs paytaxt Bakı və iri şəhərlərdə tikilən çoxmərtəbəli binalarda alternativ enerjilərdən istifadə oluna bilər? Bunun üçün dövlət necə dəstək verə bilər? Sahibkarlara kredit və subsidiyalar ayrıla bilər? 

Mövzu ilə bağlı Valyuta.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, yeni tikilən hündürmərtəbəli binalarda enerjiyə qənaət məqsədi ilə bu cür layihələr həyata keçirilməlidir:

“Hazırda binaların tikintisində istifadə olunan tikinti materiallarının enerji effektivlik əmsalı çox aşağıdır. Onlar özündə isti və ya soyuq havanı saxlaya bilmir. Bu materialların tərkibi qum və balıqqulağından ibarətdir.  Xüsusi materiallardan hazırlanan kərpiclər var, onların enerji effektivliyi çox yüksəkdir. Lakin həmin materiallar hazırda istifadə edilənlərdən 5-6 dəfə bahadır.

Ona görə də bu sahə ilə məşğul olan dövlət qurumları ciddi bazar araşdırmalı etməli, hesablamalar aparmalıdır. Müəyyənləşdirməlidir ki, sahibkarlara, vətəndaşlara  nə qədər subsidiya versin, həmin materialların qiymətini nə qədər ucuzlaşdırsınlar ki, bu materiallardan tikinti zamanı istifadə olunsun. Çünki bu sahəyə xərclənən vəsait birbaşa yox, dövlətə dolayı yolla gələn gəlir hesab olunur”. 

Ekspert deyir ki, hazırda evlərin isidilməsi zaman çox enerji istifadə olunur:

“Bu gün qış vaxtı evi isitmək üçün 100 manat pul xərclənirsə, lakin tikinti zamanı daha keyfiyyətli daşdan, qapı-pəncərən istifadə edilərsə, bu vəsait 50 faiz azalmış olur. COP29-da müzakirələr zamanı qeyd olunmuşdu ki, Azərbaycanda binaların enerji effektivliyi 50 faiz aşağıdır, artırılmasına ehtiyac var. Bunu etməklə isə kifayət qədər elektrik və qaza qənaət etmiş olunur. Bu qənaət sayəsində isə həm atmosferə atılan karbon dioksid, həm insanların xərcləri azalmış olur, eyni zamanda bu resursları xarici ölkələrdə satmaq hesabına əlavə də qazanc əldə edilər”.

İlham Şabanın sözlərinə görə, bütün bu prosesləri birdən-birə icra etmək asan deyil:

“Sistem elə qurulmalıdır ki, hər tərəf bundan qazanc götürə bilsin. Hazırda bina tikintisi ilə məşğul olanlar elə nə gəldi tiksin, satsın prinsipi ilə işləyir. Ona görə də burda yalnız birtərəfli qazanc əldə olunmuş olur”. 

Davud

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...