Redaktor
Hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği artırılır
2026-cı ildə Azərbaycanda hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği 71 milyon manat olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə 9,2 % çoxdur.
Gələn il üzrə orta müavinət məbləğinin 3 676 manata qədər artacağı, müavinət alanların sayı isə 19 310 nəfər təşkil edəcəyi gözlənilir.
Artımın əsas səbəbi kimi minimum əməkhaqqı və sosial təminat məbləğlərinin yüksəlməsi, eləcə də işçi qadınların sosial sığorta haqları üzrə ödənişlərinin artması göstərilir.
Hesablama Palatası vurğulayıb ki, bu artım ailələrin sosial müdafiəsinin gücləndirilməsinə və uşaq doğumu ilə bağlı sosial ödənişlərin adekvatlığının artırılmasına xidmət edir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025