Gələn il 10 000 mA·s batareyalı telefonlar adi hal olacaq

Redaktor

12.11.2025 18:46
238

Gələn il 10 000 mA·s batareyalı telefonlar adi hal olacaq

Məlumata görə, 2026-cı ildə 10 000 mA·s tutumlu batareyaya malik smartfonlar artıq qeyri-adi sayılmayacaq. 

Valyuta.az xəbər verir ki, tanınmış insayder "Digital Chat Station"un məlumatına görə, belə yüksək tutumlu akkumulyatorların istehsalı uğurla başa çatıb. 

Mənbənin sözlərinə görə, texnologiya artıq kütləvi istehsal üçün hazırdır və 2026-cı ildən etibarən bazarda geniş yayılacaq.
Xüsusilə, "Xiaomi" və "Honor" şirkətləri bu cür smartfonlar üzərində işləyir və sınaqları davam etdirir. Böyük ehtimalla, söhbət gələcək "Honor Power" və "Redmi Turbo" seriyalarının modellərindən gedir.

İstehsalçıların hazırkı planlarına əsasən, bu ölçüdə batareyalar əsasən orta səviyyəli smartfonlarda istifadə ediləcək. Bunun səbəbi ondan ibarətdir ki, 10 000 mA·s tutumlu akkumulyator korpus daxilində çox yer tutur. Buna görə də dizaynerlər müəyyən kompromislərə getməli olurlar – məsələn, daha az güclü prosessorlar, sadələşdirilmiş kameralar və soyutma sistemləri tətbiq edilir.

İnsayderin sözlərinə görə, 10 000 mA·s “son hədd” deyil və texnologiyanın inkişafı davam edəcək. Uzun müddət smartfonlarda 5000 mA·s tutumlu batareyalar istifadə olunurdu, lakin son illərdə Çin brendləri silikon-karbon batareyalara keçid edib və tutum 7000–8000 mA·s səviyyəsinə qədər yüksəlib.
Hazırda bir çox flaqman modellər hələ də 5000 mA·s həddini çətinliklə keçir. Məsələn, "Galaxy S25 Ultra" modelində 5000 mA·s batareya quraşdırılıb və sızan məlumatlara əsasən, bu göstərici "Galaxy S26 Ultra" modelində də qorunacaq.

Bundan başqa, ekspertlər dünyada ən yüksək avtonomluğa malik smartfonu müəyyən ediblər. Yeni "Oppo" flaqmanı orta yüklənmə şəraitində 21 saat 57 dəqiqə fasiləsiz işləmə nəticəsi göstərib ki, bu da rekord göstəricidir.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək - VİDEO

05.12.2025

Donald Tramp FIFA Sülh Mükafatına layiq görülüb - VİDEO

05.12.2025

Qeyri-neft sektorundan vergi daxilolmaları artdı - İqtisadi canlanma, yoxsa vergi yükü?

05.12.2025

Məzənnə

Yüklənir...