Fazil Məmmədov həbs olunur? – <span style="color: #ff0000;">TƏFƏRRÜAT</span>

Redaktor

26.04.2021 14:31
2,043

Fazil Məmmədov həbs olunur? – TƏFƏRRÜAT

Sabiq vergilər naziri Fazil Məmmədov üçün həbs təhlükəsi reallaşıb.
 
Valyuta.az-ın Sfera.az-a istinadən verdiyi məlumata görə, Fazil Məmmədova yaxınlığı ilə seçilən şəxslərin təhqiqatlara məruz qalması sabiq nazir üçün böyük başağrısına çevrilib.
 
Söhbət Londonda gizlənərək, Azərbaycanda hüquq-mühafizə orqanlarının suallarından yayınacağını düşünən Qafar Qurbanovun qaranlıq əməllərindən gedir.
 
Məlumat üçün bildirək ki, onun adı sabiq vergilər naziri Fazil Məmmədovun pullarını ofşorlara daşımaqda hallanır.
 
Bu işdə isə onun əsas yardımçılarından biri Səbinə Şükürovadır. (indiki familiyası Sabina Derdiyok) Səbinə Şükürova Qafar Qurbanovun köməkçisi olmaqla yanaşı "Ataholdinq”in əməkdaşı olmuşdur. Qafar Qurbanov Azərbaycana gəlmədiyincə Səbinə Şükürova ilə bağlı da suallar yarandı. Hazırda isə bu işlə bağlı Fazil Məmmədova bağlılığı şübhə doğurmayan "Atabank”ın rəhbərliyi və şöbə müdirlərinin təhqiqatı başa çatıb.
 
"Atabank”ın bağlanmasından sonra buradakı pulların müəmmalı şəkildə "yoxa çıxması” xüsusilə diqqət çəkir və bu işdə də əslən Şəmkirin Dəllərcəyir kəndindən olan Qafar Qurbanovun adı hallanır.
 
Qafar Qurbanovun ətrafında təhlükəli dairənin getdikcə daralması isə sabiq vergilər naziri Fazil Məmmədov üçün heç də xoş perspektiv vəd etmir. Belə ki, Qafar Qurbanov Fazil Məmmədovun ən etibarlı adamı olmaqla, onun "sirr boxçası” kimi tanınıb. Qafar Qurbanovun qardaşı Samir Qurbanov isə Fazil Məmmədovun şəxsi mühafizəsinə rəhbərlik etmişdir.
 
Qafar Qurbanov eyni zamanda "Atabank" Müşahidə Şurasının üzvü olub. Onun hələ nazirin köməkçisi olduğu zamanlardan tez-tez Londona səfərləri baş verirdi.
 
Dünən Qafar Qurbanova aid olan 90 AA 041 nömrəli Range Rover Fazil Məmmədovun evi və ofisinin olduğu Yeni Həyat Kompeksində görünməsi Qafar Qurbanovun istintaq üçün Azərbaycana gətirildiyi versiyasını gücləndirir.
 
Bu gün isə Fazil Məmmədovun digər yaxın  adamı və qohumu, Şəmkirin icra başçısı olan Alimpaşa Məmmədovun həbsi Fazil Məmmədovla bağlı halqanın daraldığını göstərir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...