Redaktor
Ərdoğan: Türkiyə ilə yanaşı, Azərbaycan və Gürcüstanın da bütün imkanları səfərbər edilib
Türkiyə ilə birlikdə Azərbaycan və Gürcüstanın da bütün imkanları səfərbər edilib.
Valyuta.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Genişləndirilmiş Vilayət sədrləri iclasında deyib.
O qeyd edib ki, qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb və incələmələrə başlanılıb: "19 şəhidin nəşini tapmışıq, sonuncunun tapılması istiqamətində işlər davam edir. Millətimizlə birlikdə azərbaycanlı qardaşlarımız və gürcü dostlarımızı da çox məyus edən bu faciəvi hadisəni bütün yönləri ilə araşdırırıq. Azərbaycanlı qardaşlarımız bütün dəstəyini göstərir".
R.T.Ərdoğan xalqı dezinformasiyadan qaçmağa da çağırıb:
"Vaxtaşırı bütün lazımi məlumatları ictimaiyyətlə rəsmi kanallar vasitəsilə bölüşürük, xalqımızı yalan, yarımçıq, rəsmi olmayan məlumatlara inanmamağa çağırıram. Şəhidlərimizin yaxınlarına, ailələrinə, türk millətinə başsağlığı verirəm. Ağrımızı bölüşən və başsağlığı verən ölkələrə də təşəkkür edirəm".
©Report
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025