Könül Kərimova
Veysəloğlu Şirkətlər Qrupunun Maliyyə Direktoru və İcra Komitəsinin üzvü
Baş Maliyyə Direktoru (“CFO”) olaraq rəqəmlərə əsaslanmaq bizim işimizin ayrılmaz hissəsidir. Əlbəttə, göstəricilər, proqnozlar, marjalar və risklərin idarə olunması qərar qəbuletmə prosesimizin əsas sütunlarıdır. Rəqəmlər obyektiv, ölçülə bilən və etibarlı göstəricilərdir. Onlar hələ də rəhbərliyin əsas alətlərindən və istinad nöqtələrindən biri olaraq qalır. Lakin zamanla belə bir həqiqət ortaya çıxır: rəqəmlər bizə yalnız nəticəni göstərir, səbəbləri isə yalnız insanları anlamaqla müəyyən etmək mümkündür. Hər bir maliyyə nəticəsinin arxasında mütləq insan amili dayanır. Əməkdaşların motivasiyası, işə münasibəti, özünü dəyərli hiss etməsi birbaşa təşkilatın maliyyə göstəricilərinə təsir göstərir. Məhz bu məqamda empatiya – yəni insanları anlama bacarığı – liderliyin ayrılmaz tərkib hissəsinə çevrilir. Empatiya və analitik düşüncə bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayır Bəziləri düşünür ki, empatiya sərt maliyyə qərarları ilə uzlaşmır – ya hisslərə əsaslanmalısan, ya da analitik olmalısan. Halbuki bu yanaşma artıq keçmişdə qalıb. Empatiya nə maliyyə intizamının əvəzedicisidir, nə də ona zidd anlayışdır. Əksinə, empatiya rəqəmlərin arxasındakı insan həqiqətlərini anlamağa imkan verir. Məsələn, hansısa bölmədə məhsuldarlıq aşağı düşürsə, statistik məlumatlar bunu göstərə bilər. Amma səbəbi başa düşmək üçün əməkdaşlarla ünsiyyət qurmaq, onların narahatlıqlarını dinləmək və onları anlamaq olduqca vacibdir. Empatiya liderə mövcud riskləri vaxtında müəyyən etməyə, daha balanslı qərarlar qəbul etməyə və insan resurslarını daha səmərəli idarə etməyə kömək edir.
Empatiya – yumşaq xarakter deyil, strateji üstünlükdür
Müasir biznes dünyasında əməkdaş rifahının və təşkilati mədəniyyətin maliyyə nəticələrinə təsiri artıq danılmazdır. Komanda üzvlərinin motivasiyası, şirkətə bağlılığı və uzunmüddətli sadiqliyi gəlirə birbaşa təsir edir. Psixoloji baxımdan təhlükəsiz iş mühiti isə daha çox yenilik və təşəbbüs deməkdir. İstedadların itirilməsi isə həm maddi zərərə, həm də məhsuldarlıq itkisinə səbəb olur. “CFO” olaraq biz yalnız rəqəmləri deyil, onların arxasında dayanan insan faktorunu da nəzərə aldıqda daha dayanıqlı və uzunmüddətli nəticələr əldə edə bilirik. Empatiya – insanları sadəcə dinləmək deyil, onları həqiqətən anlamaq və adekvat reaksiya vermək bacarığıdır. Bu bacarıq bu gün effektiv liderliyin əsas şərtlərindən biri hesab olunur.
Yeni dövrün “CFO” modeli: rəqəmlərlə insani dəyərlər arasında tarazlığın qurulması
Müasir “CFO”-lar yalnız maliyyə nəzarətçiləri deyil, həm də təşkilat daxilində etimad, şəffaflıq və mədəniyyət formalaşdıran liderlərdir. Artıq liderlik yalnız “rəqəmlər vacibdir” yanaşması ilə deyil, “rəqəmlərin arxasında duran insanlar da eyni dərəcədə önəmlidir” prinsipi ilə həyata keçirilir. Bu balans aşağıdakı prinsiplərə əsaslanmalıdır:
Rəqəmlərə əsaslanan qərarların arxasında konkret insan reallıqları və ehtiyacları dayanır;
Yüksək performans üçün insan potensialına xüsusi diqqət yetirilməlidir;
Dayanıqlı nəticələr yalnız maliyyə göstəriciləri ilə deyil, insan kapitalının düzgün idarə olunması ilə əldə edilir.
Nəticə: rəqəmlərin davamlılığını insanlar təmin edir. “İnsanlar, yoxsa faizlər?” sualı əslində yanlış qarşıdurmanı əks etdirir. Əsl liderlik bu iki anlayışı qarşı-qarşıya qoymaq deyil, onları bir yerdə, harmoniya şəklində idarə etməkdir. Maliyyə intizamı və insan yönümlü liderlik yanaşması birlikdə tətbiq olunduqda, təşkilat həm iqtisadi, həm də mədəni baxımdan möhkəmlənir. Çünki uğurlu nəticələrin arxasında sadəcə planlar deyil, o planları həyata keçirən insanlar dayanır.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÜnvanlı sosial yardımın məbləği artırılacaq
09.12.2025İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025