Elçin İbadov: "SOCAR son 15 ildə Türkiyə iqtisadiyyatına 18 milyard dollar investisiya yatırıb"

Redaktor

04.10.2023 14:40
613

Elçin İbadov: "SOCAR son 15 ildə Türkiyə iqtisadiyyatına 18 milyard dollar investisiya yatırıb"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son 15 ildə tərəfdaşları ilə birgə Türkiyə iqtisadiyyatına 18 milyard ABŞ dolları həcmində investisiya qoyub.

Valyuta.az xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəməsi olan “SOCAR Turkey” şirkətinin baş icraçı direktoru vəzifəsini icra edən Elçin İbadov Türkiyə mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, bununla da SOCAR Türkiyənin ən böyük birbaşa xarici investoru və eyni zamanda Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupudur:

“Dünyanın ən köklü enerji şirkətlərindən biri olan SOCAR 2008-ci ildə Özəlləşdirmə İdarəsindən “Petkim”in səhmlərinin 51 %-ni alması ilə Türkiyədə fəaliyyətə başladıq. Bu müddətdə sərmayələrimiz və istehsalımız heç bir ləngimə olmadan davam edib”.

E.İbadov qeyd edib ki, “SOCAR Turkey” Türkiyəyə iqtisadi fayda ilə yanaşı məşğulluğa və cəmiyyətə töhfə vermək baxımından da mühüm işlər görüb: "Hazırda təxminən 5,4 min işçimiz var. Ümumilikdə ekosistemimizlə 100 mindən çox insanı əhatə edirik. Təmin etdiyimiz məşğulluq və verdiyimiz faydalarla Türkiyənin ayrılmaz bir hissəsi kimi çalışırıq”.

Xatırladaq ki, “SOCAR Turkey” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Turkey" qonşu ölkənin "Petkim Petrokimya Holding” - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir.

© Report

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...